Bu gün:

Astral proyeksiya nədir?


İnsanların yuxu vəziyyətlərində bədənlərini tərk edə bilməsi ideyası qədimdir. Dünyanın müxtəlif bölgələrində, Yeni əsr hərəkatından tutmuş şamanlara qədər çoxsaylı insanlar astral proyeksiya zamanı, yaxud bədən xarici təcrübələrdə yaşanan viziyalar və parlaq yuxular vasitəsilə kosmik intellektlə əlaqə qurmağın mümkün olduğuna inanırlar. Lakin bu fenomenin ən sonuncu dirçəlişi, 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindəki ruhani yüksəlişlə əlaqəlidir.


Bu fenomen 2016-cı ilin böyük hiti “Doctor Strange” və davamı olan “Doctor Strange in the Multiverse of Madness” filmində nümayiş olunub, burada baş qəhrəman olan superqəhrəman öz fiziki bədənini ruhani bədənindən ayıraraq döyüşlərə girmək qabiliyyətinə sahibdir.


Araşdırmalar göstərir ki, insanların 20 faizi həyatlarının bir nöqtəsində bədən xarici təcrübə yaşadıqlarını iddia edirlər — yəni, şüurun, ruhun və ya “astral bədənin” fiziki bədənini tərk etməsi hissi. Əksər təcrübələr yuxu zamanı və ya hipnoz altında olarkən baş versə də, bəzi insanlar yalnız istirahət edərkən belə bu təcrübəni yaşadıqlarını bildirirlər.


Mənbə: Live science

Tərcümə etdi: Aysu Salahova

Paylaş
Şərh əlavə et