Kai Cenat bir yayımda ən çox Twitch abunəçisini cəlb etmək rekordunu bərpa etdi.
22 yaşlı amerikalı son 30 gün ərzində platformada davamlı olaraq yayımlanırdı və Snoop Dogg, Serena Williams və Bill Nye də daxil olmaqla bir neçə qonağı qəbul etdi.
Həmin dövrdə toplanan abunəçilərin sayı 727,694 idi.
Bu rəqəm, IronMouse tərəfindən oktyabrda qoyulmuş 326,252-lik əvvəlki rekorddan iki dəfə çoxdur və Kainin 2023-cü ildən əvvəlki rekordunu qırır.
Snoop Dogg, növbəti albomu haqqında danışmaq üçün axının ikinci günündə Kai-yə zəng etdi və dördüncü gün ona Los-Ancelesdəki evinə ekskursiya etdi.
Tamaşaçılara reperin səsyazma kabinəsi, habelə əmlakın digər dəbdəbələri, o cümlədən basketbol meydançası, arkada otağı və kazino da göstərilib.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova