İkinci Dünya Müharibəsi zamanı ABŞ tərəfindən atom bombası yaradıldıqdan sonra Sovet İttifaqı öz nüvə imkanlarını inkişaf etdirmək istəyir.
1949-cu ilə qədər Sovet İttifaqı müasir Qazaxıstanda ilk nüvə qurğusunu hazırlayıb və sınaqdan keçirib. SSRİ ilə ABŞ arasında silahlanma yarışı tam sürətlə gedirdi və Sovet İttifaqı ABŞ-ın silah arsenalında hər şeyə qalib gələ biləcək döyüş başlığı hazırlamaqda qərarlı idi.
1956-cı ildən başlayaraq sovet alimlərindən ibarət bir qrup güclü nüvə başlığının dizaynı üzərində işləməyə başlayıb.
Nəhayət, 1960-cı ildə "Çar bomba" hazırlanıb tamamlanır. İndiyə qədər yaradılan ən böyük nüvə bombası olan Çar Bomba Sovet İttifaqı tərəfindən 31 oktyabr 1961-ci ildə Arktika arxipelaqı Novaya Zemlya üzərində partladılır.
Bu partlayış dünyanın ən böyük süni partlayışı kimi qeydə alınıb.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova