Bu gün:

Lüksemburqda Yeni il gecəsi necə qeyd olunur?


Lüksemburqda Yeni il gecəsi dostlar və ailə ilə bir araya gələrək, yemək, içki və atəşfəşanlıqla qeyd olunur. Bu bayram ABŞ-dakı kimi şən və sosial mühitdə keçirilir.

Yemək masasında əsasən sadə qəlyanaltılar – soyuq ət, pendir, çubuq və balıq yer alır. Daha incə ziyafətlərdə istiridyə və digər dəniz məhsulları təklif olunur. Fransız və Alman mətbəxinin təsiri ilə fondu və yağlı tortlar da populyardır, tortlar bəzən dondurma ilə təqdim edilir.

Spirtli içkilər, xüsusən Cremant adlı köpüklü şərab, Yeni ilin gəlişini qeyd etmək üçün seçilir. Axşam yeməyinə şorba da daxildir. Alman təsirini hiss edənlər marzipan donuzunu uğur simvolu olaraq yeyirlər.

Gecə yarısı Lüksemburqun hər yerində atəşfəşanlıq səsi eşidilir, bu isə uzun illərdir qorunan bir ənənədir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et