Bu gün:

Ayı bal ilə şirnikləndirilib, sonra öldürülüb



Yerli məmurlar bildiriblər ki, iki gündür Yapon supermarketində dolaşan ayı bal ilə örtülmüş qida ilə şirnikləndirilib. Polis bildirib ki, heyvan tələyə düşüb və daha sonra bazar ertəsi öldürülüb. Ayının öldürülməsi nə qədər xoşagəlməz görünsə də, son dövrlərdə yaponlar tərəfindən görülən ən geniş yayılmış tədbir növü hesab olunur.

Yaponiyada hücumlar nəticəsində rekord həddə altı insan və əvvəlki il ərzində 9000-dən çox heyvan öldürən ayılarla bağlı artan problem var. Ayılar meşədə birgə yaşadıqları heyvanlarla yanaşı şəhərə enərək insanlara, maşınlara və mülklərə zərər yetirirlər. Bu problemi kölündən həll edəcək bir tədbir hələ ki yoxdur. İnsanlar bu canlıları öldürməklə problemi həll etməyə çalışır.

Mənbə: CBS news
Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et