Bu gün:

Tarixin ən qəddar cəzası



Tarixin ən qəddar cəzası asılmaq və dördə bölünmək hesab olunur. Bunun səbəbini isə belə izah edirlər:

Bu dəhşətli cəza vətənə xəyanətdə təqsirli bilinən kişilər üçün nəzərdə tutulub və İngiltərədə əsrlər boyu istifadə edilib. Bu, təkcə qurbanı saatlarla dəhşətli və ağrılı işgəncələrə məruz qoymur, həm də başqaları üçün xəbərdarlıq rolunu oynayıb. Bu cür edamlar tez-tez izdihamı cəlb edir-bu cəza insanlara taca hörmət etməyi aşılayıb.

Asmaq çəkmək və dörddə birə bölməklə həyata keçirilən edam üsulu ilk dəfə 13-cü əsrdə İngiltərədə vətənə xəyanətdə təqsirli bilinən kişiləri cəzalandırmaq üçün hazırlanıb və yalnız 1870-ci ildə ləğv edilib.


Edam üsulu adından anlaşıldığı kimi 3 hissədən ibarət idi. Əvvəlcə edam məhkumu ata bağlamılır və sahə boyunca çəkilirdi, bəzən məhkum xizəyə yatırılırdı ki, ilk mərhələdə ölməsin. İkinci hissədə məhkum dar ağacından asılırdı, lakin ölmədən öncə onu açıb xilas edirdilər.

Edamın digər mərhələləri isə daha qəddardır. Məhkumun üzvləri ya kəsilir, ya da ata bağlanaraq qoparılırdı, həmçinin bağırsaqları çıxarılır və gözləri önündə yandırılırdı.

Çox vaxt cəzaya məhkum edilənlər ilk iki mərhələdən sağ çıxmadığı üçün sonuncu mərhələnin əzabına məruz qalmırdı. Lakin bütün bunları ard-arda yaşayan məhkum ölümün bütün əzablarını dadmış və onu izləyənlər bu cəzadan ibrət almış olurdu.


Mənbə:Allthatsinteresting

Tərcümə etdi:Səidə Abasova

Paylaş
Şərh əlavə et