Bu gün:

Feliks Yusupov-qatil, yoxsa vətənpərvər?



Rusiyanın ən ziyalı və varlı ailələrindən olan Feliks Yusupov əsrin qətlini törətsə də, cəzasız qalıb. Bəs incəsənət düşkünü, əsl ziyalı Yusupov necə qatil olub?


Hər şey 1914-cü ildə Feliksin II Nikolayın  qardaşı qızı, İrina Romanova ilə evlənməsiylə başlayıb. O dövrdə ictimaiyyət çar ailəsini getdikcə daha çox tənqid edərək II Nikolay və Alexandra Feodorovnanın alman ailə bağlarını, imperatorun qətiyyətsizliyini və əlbəttə, ki, mistik ağsaqqal Qriqori Rasputinlə münasibətlərindən danışırdı.


Yusupov Rasputini heç vaxt sevməyib. Hətta Feliks öz memuarlarında Rasputini-“şeytanın gücü” deyərək xatırlayır. Lakin onu öldürməyə tam qərar verə bilmirdi. Bunun üçün özünə yaxın bildiyi insalardan kömək alıb. Bu insalar isə deputat Vladimir Puruşkeviç və knyaz Dmitriy Pavloviç idi.



Əvvəlcə, Rasputinin etimadını qazanmağa qərar verilib. Sui-qəsdçilərin fikrincə, knyaz Yusupov bu rolun öhdəsindən gəlməli idi. Plan uğurlu olub, Rasputin Felikslə maraqlanıb.


1916-cı il 30 dekabra keçən gecə Rasputin Yusupovların Moykadaki malikanələrinə qonaq çağırılıb. İlk olaraq, sui-qəsdçilər Rasputinə ekler təklif ediblər. Yeməyin içində dozadan artıq sianist kalium olub. Həkim Lazovertin zəhərlədiyi şərabdan da Rasputin içirdi. Lakin zəhərin heç bir təsiri olmayıb. 


Gecə saat 3 radələrində Feliks yuxarı mərtəbəyə qalxaraq Dmitriydən silahı alıb. Yusupov qocanın “ya ürəyinə ya qarnına” vurub. Lazovert isə ölümü təsdiq edib. Lakin bu da son deyildi. Yaralı Rasputin oyanıb və qaçmağa cəhd göstərib. Onu tutmağa çalışan Purişkeviç daha 2 atəşlə onu öldürüb. Daha sonra bağlayaraq Neva çayına atıb. 


Qətli gizlətmək mümkün deyildi. Araşdırma başladığını eşidən imperator Feliksə qaçmağı tövsiyyə görüb. İlk növbədə, ailə mülkü olan Rakitnoye kəndinə qaçsa da, 2 ay sonra Krıma köçüb və Oktyabr inqilabından sonra bir dəfəlik Rusiyanı tərk edib.


Yusupov Rasputinin ölümünə görə heç bir cəza çəkməyib. Lakin qatil etiketi bir ömür olaraq üzərində qalıb.



Mənbə: Arts Tobe


Tərcümə etdi: Fatimə Umarbəy


Paylaş
Şərh əlavə et