Bu gün:

Dünyada neçə rəng var?


Chester F.-yə görə, dünyada rənglərin sayı sonsuzdur. Rochester Texnologiya İnstitutunun Carlson Təsvir Elmləri Mərkəzində aparılan araşdırmalara əsasən, rənglərin çoxunu insan gözü ayırd edə bilmir.

Riyazi olaraq, insan beyni təxminən 10 milyon fərqli rəngi qavraya bilir. Lakin işıq, səthlər və baxış şərtləri kimi xarici amillər bu rənglərin qavranışına təsir edir. Psixofiziklər bütün potensial rənglər və onların birləşmələrinin sayını demək olar ki, sonsuz hesab edirlər. Üstəlik, hər bir insanın rəngləri görməsi xarici amillər və kontekstə görə dəyişir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva



Paylaş
Şərh əlavə et