Birinci Dünya Müharibəsi zamanı Lancashire Fusiliers 19-cu Batalyonunun 2-ci leytenantı Noel Whittles tərəfindən çəkilən eskizlər illər sonra onun nəvəsi tərəfindən tapıldıqdan sonra nümayiş etdirilir.
Noel Whittles Somme cəbhəsindəki xəndək həyatını təsvir edərək, orada yaşanan ağır şəraiti və siçovullarla dolu mühiti rəsmlərinə əks etdirib. Eskizlər nəvəsi David Burrows tərəfindən anasının Didsberidəki mənzilində, köhnə bir çantanın içində tapılıb.
David Burrows bildirib ki, babası bu eskizləri heç vaxt göstərməyib və nə çap, nə də nümayiş etdirib. Rəsmlər yazılarla birlikdə mükəmməl vəziyyətdə saxlanılıb.
2-ci leytenant Whittles Altrinchamdan idi və La Boisselle xəndəklərindəki həyatın çətinliklərini, xüsusilə, palçıqlı şəraiti iyrənc adlandırıb. 1918-ci ilin aprelində güllə yarası alaraq Londona təxliyə edilib, müalicədən sonra gənc əsgərləri öyrətmək üçün orduya qayıdıb.
Müharibədən sonra Mançesterə qayıdan Whittles, ailə həyatı quraraq iki övlad atası olur. Ancaq böyük oğlu Graham Whittles İkinci Dünya Müharibəsində həlak olur və o, bu yükü qaldıra bilməyib 54 yaşında dünyasını dəyişir.
David Burrows eskizləri 2014-cü ildə tapıb və Trafford Mərkəzinə icarəyə verib. Trafford Şurasının Silahlı Qüvvələr üzrə Çempionu Judith Lloyd bu nadir rəsmləri daha geniş kütləyə çatdırmaqdan məmnun olduqlarını bildirib.
Xatirə sərgisi "Waterside House"da keçirilir və ziyarətçilər noyabrın 30-a qədər bu unikal eskizləri görə bilərlər.
Mənbə:BBC
Tərcümə etdi: Leila Musaevi