Bu gün:

Bədən dili ilə qurduğumuz ünsiyyət


Bədən dili nədir?


Bədən dili fiziki davranışların, ifadələrin və vərdişlərin qeyri-verbal şəkildə ünsiyyət üçün istifadə edilməsidir. Bu, tez-tez instinktiv olaraq, şüurlu şəkildə edilmədən baş verir. Bütün qeyri-verbal davranışlarınız— jestləriniz, duruşunuz, səs tonunuz, göz təması qurma dərəcəniz— qarşı tərəfə güclü mesajlar ötürür. Bu işarələr insanlara rahatlıq hissi verə, etimad qazana və başqalarını sizə cəlb edə bilər və ya əksinə, təhqir edə, çaşdırıb yanlış təsir yarada bilər.


Qeyri-verbal ünsiyyətin və ya bədən dilinin müxtəlif növləri bunlardır:


1. Mimikalar

 İnsan üzü çox ifadəlidir və söz demədən saysız-hesabsız emosiyaları çatdıra bilir. Digər qeyri-verbal ünsiyyət növlərindən fərqli olaraq, mimikalar universaldır. 


2. Jestlər

Jestlər gündəlik həyatımızın ayrılmaz hissəsidir. İşarə etmək, çağırmaq və ya əllərdən istifadə edərək danışmaq jestlərdən düşünmədən istifadə etməyin nümunələridir. Ancaq bəzi jestlərin mənası mədəniyyətlər arasında tamamilə fərqli ola bilər. Buna görə də jestlərdən istifadə edərkən yanlış başa düşülməmək üçün diqqətli olmaq vacibdir.


3. Göz təması

Görmə hissi əksər insanlar üçün dominant olduğu üçün göz təması xüsusi əhəmiyyət daşıyan bir qeyri-verbal ünsiyyət növüdür. Kimsəyə necə baxdığınız maraq, məhəbbət, düşmənçilik və ya cazibə kimi fərqli təəssüratlar yarada bilər. Göz təması həm də söhbətin axarını qorumaq və qarşı tərəfin marağını və reaksiyasını qiymətləndirmək üçün vacibdir.

Dəqiq qeyri-verbal siqnallar göndərmək üçün, emosiyalarınızın fərqində olmalı və onların sizə necə təsir etdiyini anlamalısınız. Həmçinin başqalarının emosiyalarını  və onların göndərdikləri siqnalların arxasında duran həqiqi hissləri də  tanıya bilməlisiniz. Və təbii ki, burada emosional fərqindəlik önəmli rol oynayır.

Mənbə: HelpGuide.org


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et