Bu gün:

Pablo Pikasso dahidir?



Pablo Dieqo Xose Fransisko de Paula Huan Nepomuseno Maria de los Remedios Krispin Krispinyano de la Santisima Trinidad Ruis Pikasso və ya sadəcə Pablo Pikasso- ispaniyalı rəssam və surrealistdir.


Karyerasının başlanğıcı: Öncəliklə Pablonu rəsmə atası yönləndirib, daha sonra incəsənət məktəblərində və Madriddə Krallığa aid olan İncəsənət akademiyasında təhsil alıb. Və ənənəvi təhsil sayəsində Pablo öz rəsimlərində yeniliklər etsə də ənənəyə sadiq qalıb.

Pablo klassikanı çox sevib, amma bu, onun eksperementlər etmədiyi anlamına gəlmir. O uşaqların çəkdiyi şəkilləri çox səvər və “Mən onların yaşında Rafael kimi çəkirdim, onlar kimi rəsm çəkmək üçün isə bütün ömrümü verdim”,- deyirdi.

Göy dövr (1901/1904): Pikassonun ən məşhur yaradıcılıq dövrü yalnız qısa müddət davam edib və şəxsi faciə ilə əlaqələndirilir. 1901-ci ildə onun ən yaxım dostu Karlos Kasaqemas Parisdə vəfat edib. Öz faciəsini isə rəsmləri ilə bildirərək daha çox göy tonlardan istifadə edib. 

Çəhrayı dövr: Rəssam Fransaya tamamilə yerləşib və çəhrayı dövr başlayıb. Pikasso daha çox mirvari çəhrayısı, boz çəhrayı, qızılı rənglərdən istifadə edib. Qəhrəmanları çox vaxt aktyorlar olub. Bu isə Pikassonun sirkə yaxın yataqxanada yaşaması ilə bağlıdır. 

Afrika dövrü: Digər xalqların sənəti Avropaya nüfuz edib və Parisdə Afrika maskalarının sərgisi keçirilib. Şəhər "qədimliyin izləri" ilə bağlı olmayan sənətlə çılğınlaşıb. Pikasso laqeyd qalmayıb, rəng və forma onu maraqlandırmağı dayandırıb. Rəsmlərdəki personajlar üzlər əvəzinə Afrika maskaları ilə təsvir olunub.

Kubizm: 20-ci əsrdə rəssamlar başa düşüb ki, artıq şəkilə eyniliyi ilə çəkməyin heç bir mənası qalmır. Bunun üçün artıq fotoaparatlar var. Və sənət yeni yön axtarır. Bunlardan da biri kubizm idi. Kubizmin ilk məqsədi əşyanı hər rakursda göstərmək olub.

Klassik dövrü: 20-ci əsrin əvvələri rəssam üçün çətin keçib. Onu "Mona Liza"nın oğrusu kimi qələmə vermələri, Birinci Dünya Müharibəsinin başlaması, 1915-ci ildə anasının ölümü Pikassonu özünü axtarmağa yönləndirib. Kubizmdən tamamən bezdiyin anlayan rəssam artıq klassikaya yönəlib.

Sürrealizm: Rəssamın son illərdə çəkdiyi rəsimlər sürrealizmə aid idi. Bu 1925-1932-ci illərə təsadüf edib. Sürrealistlər fantaziya, xəyal və təxəyyül əsasında yaradır və heç bir sərhəd tanımırlar. Və ən məhşur sürrealist olaraq tanınan Pikassonun dahi olub olmamağı açıq sualdır. Amma incəsənətdə əvəzolunmaz iz qoyduğu sözsüzdür.


Mənbə: Arts Tobe

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et