Bundan 1740 il əvvəl, 284-cü ildə Roma taxtına, bütün dünyanın tarixini dəyişdirən imperator yüksəldi. O, Roma İmperiyasını monarxiyaya, avtokratiyaya çevirdi, sonra asanlıqla hakimiyyətdən əl çəkib kələm yetişdirməyə gedib. 20 noyabr 284-cü ildə Diokletian Roma imperatoru elan edilib.
3-cü əsrdə Roma İmperiyası artıq Sezar və Avqust dövründəki kimi deyildi - əsr boyu vətəndaş qarşıdurmaları və iğtişaşlar nəticəsində imperiya parçalanmışdı. Və hakimiyyət tez-tez dəyişirdi. Bu dövrdə imperatorların orta ömrünün iki il olduğu təxmin edilir. Bir sözlə, ölkədə tam xaos hökm sürürdü və insanlar bundan dəhşətli dərəcədə bezmişdi. Diokletian təxminən 245-ci ildə anadan olanda adı daha sadə səslənirdi - Diokl.
O heç İtaliyada da doğulmayıb, hazırki Montenegro ərazisində yerləşən Dalmatiya kəndində anadan olub. Diokl çox tez zamanda legioner olub. Və işində uğurlu olduğuna görə tez şəkildə yüksələ bilib. Və gənc legioner ağıllı olduğu üçün imperiyanı idarə etmə prinsiplərini başa düşə və onun iş mexanizminin özünü dərk edə bilib.
Dioklın gücü çoxaldıqdan sonra o, adını dəyişməyə qərar verib. Artıq o Diokletian idi. Və tez zamanda Roma imleriyasının taxtına yüksəlib. Bu dövrdə o yeni sistem yaradıb. Bu sistem dominantlıq idi. Bu sistemlə birlikdə Romada bütün senatların hüquqları əllərində alınıb. Amma tezliklə məlum olub ki, belə nəhəng bir ölkəni təkbaşına idarə etmək mümkün deyil. Buna görə də Diokletian ən yaxın dostu Maksimianı Sezar təyin edib. Və tezliklə Diokletian artıq yaratdığı sistemin təyziqinə dözməyərək taxtdan imtina edir və kəndinə qayıdaraq kələm yetişdirməyə başlayır.
Mənbə: QlaqoL
Tərcümə etdi: Fatimə Umarbəy
