Erkək və dişi qağayılar arasında fərqləri adi insan gözü ilə seçmək çətindir. Əsas fərq ondadır ki, erkək qağayıların tükləri dişilərinkinə nisbətən daha parlaq olur. Lakin bu fərq o qədər incədir ki, çox vaxt insanlar bunu sezə bilmir.

Qağayılar isə insanlardan fərqli olaraq daha geniş rəng spektrini görürlər. İnsan gözündə yalnız qırmızı, yaşıl və mavi rəngləri qəbul edən üç əsas konus olduğu halda, qağayıların gözündə dörd konus var. Bu dördüncü konus onlara infraqırmızı rəngləri görməyə imkan verir. Məhz buna görə erkək qağayılar dişilərə nisbətən daha parlaq görünür, bu isə insan gözündə nəzərə çarpmasa da, qağayılar üçün açıq-aşkar fərqdir.
Quşlar arasında ən böyük rəng fərqləri isə yalnız dişilərin balalarına baxdığı növlərdə yaranır. Belə hallarda, erkək quşların parlaq tükləri yırtıcıların diqqətini çəkərək dişiləri və balaları qoruyur. Lakin qağayılar çox diqqətli valideynlərdir. Onlar ömürlük cütləşir, yumurtalarını növbə ilə inkubasiya edir və balalarını birlikdə qidalandırırlar. Bu, həm erkək, həm də dişi qağayıların ailə baxımından eyni dərəcədə məsuliyyətli olduqlarını göstərir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
