Bu gün:

Marco Polo oyunu niyə belə adlanır?


Oyun ilə məşhur səyahətçi Marko Polonun İpək Yolundakı səyahətləri arasında müəyyən əlaqə olduğu deyilir. Oyun adını Marko Polodan götürsə də, onun dəqiq mənşəyi tam məlum deyil. Smithsonian İnstitutunun fikrincə, bu oyun Marko Polonun macəralarından ilhamlanıb.


Marko Polo və ailəsi Venesiyalı tacirlər idi. XIII əsrdə o, atası və əmisi ilə birlikdə İpək Yolu boyunca İtaliyadan Çinə doğru uzun bir səyahətə çıxdı. Bu səfər o dövrdə böyük maraq doğurdu, çünki tacirlər adətən təmsilçiləri işə götürərək səyahətlərdən yayınırdılar. Alimlər arasında Polo ailəsinin həqiqətən hansı əraziləri gəzib dolaşdığı barədə mübahisələr var. Hətta bəzi tədqiqatçılar onların Çinə çatdıqlarına belə şübhə edirlər, çünki Marko Polo bu ölkə haqqında yazdığı kitabda az məlumat verib. Buna baxmayaraq, o, hələ də Çinə səyahət edən ilk qərblilərdən biri hesab olunur və onun əfsanəsi davam edir.

Marko Polonun bu macəraları, çox güman ki, "Marko Polo" oyununa ilham verib. Bu oyunda bir oyunçu gözlərini bağlayaraq “Marko” deyə səslənir. Digər oyunçular isə “Polo” deyərək cavab verir və gözləri bağlı oyunçu onların səslərini izləyərək hamını tapmağa çalışır. Oyunun adı bəlkə də Marko Polonun səyahətə çıxarkən hara gedəcəyini tam bilməməsi ilə əlaqələndirilir. Gözləri bağlı oyunçu da məhz bu cür “gözü bağlı” vəziyyətdə hərəkət edir.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva



Paylaş
Şərh əlavə et