Son zamanlar məşhurlar aləmində baş verən qalmaqallı hadisələr nəticəsində demək olar ki, hamımızın eşitdiyi cəlbedici düşmən - çəhrayı kokain ən məşhur küçə narkotikidir. "ukat.co.uk"-un verdiyi məlumata görə bu maddə canlı çəhrayı rəngi ilə insanları cəlbedir, həmçinin onun "vədetdiyi həzz" digərlərindən daha fərqli, qiyməti isə ucuzdur. Dərmanın tərkibində demək olar ki, kokain yoxdur, daha təhlükəli qarışıq kimyəvi maddələrdən ibarətdir.
Həb nəinki insanın psixikasına təsir göstərərk onu iflic vəziyyətinə salır, eləcə də halüsinogen təsir bağışlayır. Bu həbi və ya toz halına salınmış maddəni ilk dəfə qəbul edən insanlar eyforiya vəziyyətinə düşür və bəzən ağlını itirmək dərəcəsinə çatır.
Musiqi ulduzu Liam Payne-nin ölümü, Sean "Diddy" Combs-a qarşı cinsi alver iddiaları, Instagram modelinin iştirakı ilə ölümcül avtomobil qəzası və s. bu kimi hadisələr "çəhrayı düşmən"-in nəticələri hesab olunur. Bu haqda ABŞ-də aparılan araşdırmalarla bağlı ətraflı məlumatı CBS news -dan ala bilərsiniz.
Maddəni təhlükəli hesab etməyimizə səbəb olan digər bir cəhət isə bu maddənin standart analizlərdə görünməməsidir. Theconversation.com bildirir ki, Avropadakı səhiyyə rəsmiləri təşvişə düşüb. Çəhrayı kokaini standart narkotik sınaqları vasitəsilə aşkar etmək çətindir, xüsusən də, mövcud sınaq rejimi onun bütün komponentlərini müəyyən etmək üçün hələ təchiz olunmadığı İspaniyada.
Bütün bu hadisələr fonunda digər psixotrop maddələr kimi bu maddə üçün də görüləcək tədbirlər gözlənilir.
Hazırladı: Səidə Abasova