Cənub sərhəd böhranının miqyasını açıqlayan rəsmi rəqəmlərə görə, ABŞ-yə keçməyə çalışarkən həlak olan minlərlə miqrant arasında yüzlərlə gənc qadın və uşaq var.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) məlumatlarının təhlili göstərir ki, qadınların sərhəddə ölmə nisbəti artıb və 2016-cı ildən bəri ən azı 10 yaşdan kiçik 19 uşaq ölüb.
"No More Deaths"(Daha çox ölümə yox!) kampaniya qrupu tərəfindən əldə edilən rəqəmlər Texasdakı Del Rio Sektorunda təkcə bir il ərzində 257 ölüm hadisəsinin qeydə alındığını göstərir.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) miqrantların təhlükəsizliyinə ciddi yanaşıldığını və sərhədin təhlükəli yer olduğunu bildirib .
Agentlik öz işini sərhəd boyunca müxtəlif sektorlar üzrə bölür. Səhranın üstünlük təşkil etdiyi El Paso - Nyu-Meksiko ştatının çox hissəsini və Texasın bir hissəsini əhatə edən məlumatlar son illərdə ən ölümcül sektorlardan birinə çevrilir.
Mənbə: Newsweek
Tərcümə etdi: Səidə Abasova
