Bu gün:

Valideyn digər valideynin razılığı olmadan uşağı ölkədən çıxara bilərmi?


WomensLaw.org-un məlumatına görə, bu məsələ ölkədən-ölkəyə dəyişir və valideynlərin evli olub-olmaması, həmçinin uşağın qəyyumluq mübahisəsinə daxil olub-olmaması kimi faktorlardan asılıdır. Uşağı xaricə aparmaq istəyən valideynlər, xüsusən boşanma və ya qəyyumluq mübahisəsi varsa, mütləq əvvəlcə vəkillə məsləhətləşməlidir.

Bir çox ölkədə uşağın xaricə çıxarılması üçün digər valideynin razılığı tələb olunur. Əgər uşaq qəyyumluq mübahisəsinin bir hissəsidirsə, bu halda məhkəmədən icazə alınması da zəruri ola bilər. WomensLaw.org əlavə edir ki, hətta müvəqqəti olaraq uşağı ölkədən kənara çıxarmaq belə qanunsuz ola bilər, əgər uşaq qəyyumluq və ya boşanma işinə daxildirsə.

Vikipediyaya əsasən, valideyn oğurluğu valideynlərdən birinin uşağı digərindən xəbərsiz və ya icazəsiz başqa yerə aparmasıdır. Bu oğurluq halları müxtəlif səbəblərdən baş verə bilər, məsələn:

1.Valideyn uşağı ziyarətdən sonra qaytarmaqdan imtina edir.

2.Məişət zorakılığı və ya zorakılıq riski səbəbilə uşağı ilə qaçır.

3.Digər valideynin ziyarət hüququndan yayınmaq üçün uşağı gizlədir.

Əgər valideynlərdən biri uşağı başqa dövlətə və ya ölkəyə aparmağa razıdırsa, gələcəkdə "valideyn oğurluğu" ittihamlarından qorunmaq üçün digər valideynin notarial qaydada təsdiq olunmuş razılığı mütləq alınmalıdır.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et