Bu gün:

Dünyanın ən çox izlənən animasiyası: “Maşa və Ayı”



“Maşa və Ayı” animasiyası Rusiyanın ən məşhur animasiya seriyalarından biridir. Animasiyanın hər bir seriyası Maşa adında kiçik bir qız ilə onun dostu Ayının macəralarını bizə maraqlı şəkildə təqdim edir. Bu cizgi filmi rus xalq nağıllarından ilham alınıb, lakin müasir animasiya formatında təqdim edilib.


Uşaqların daim izlədiyi bu cizgi filminin mövzusu da bir qədər maraqlıdır. Maşa təbiət içində yaşayan çox enerjili, dəcəl bir qızdır. O, təsadüfən meşədə tək yaşayan Ayının evinə gedir. Ayı, sirkdən təqaüdə çıxmış sakit təbiətli bir  heyvandır və təbiətdə tək yaşamaq istəyir. Lakin Maşanın enerjisi və daim yeni macəralar axtarması Ayının həyatını dəyişir. O hər dəfə Maşanın dəcəllikləri ilə məşğul olmağa məcbur olur və buna baxmayaraq, Maşaya qarşı həmişə qayğıkeş və səbirli davranır.


Qeyd edək ki, bu cizgi filmin maraqlı olmasının digər xüsusiyyəti də ondan ibarətdir ki, personajların fərqli kostyumları, əlvan rənglərinin olmasıdır. Maşanın qısa, yaşıl gözlü, qızılı saçları var və o çox maraqlı, enerjik qız rolunu oynayır. Hər zaman yeni macəra axtaran balaca personaj yeni şeylər öyrənməkdə və sınamaqda da çox həvəslidir. Ayı isə qəhvəyi tükləri olan, sakit təbiətə malik heyvandır. Sirkdən qovulub, amma bəzi seriyalarda sirkdən dostu ilə görüşləri olur. Maşa onun həyatına daxil olduqdan sonra həyatı tamamilə dəyişir.


Əlbəttə bu animasiyanında bizə ötürmək istədiyi bir sıra mesajlar var. Burda dostluq,qayğıkeşlik vurğulanır. Ayı və Maşa bir-birlərinə qarşı sevgi, anlayış göstərirlər, amma Ayı bəzi səhnələrdə Maşanın dəcəllikləri ona çətinlik yaradır. Həmçinin zəkanın gücü də göstərilir hansı ki Maşa güclü və hiyləgər varlıq olan Ayıdan qorxmur onu öz zəkası ilə məğlub edir. Bu hekayə həm uşaqlar, həm də böyüklər üçün maraqlı və əyləncəlidir. 


Mənbə: İMDb, Britannica

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et