İncəsənət tarixi ölüm və qorxu kimi qaranlıq və qorxulu mövzulara toxunan rəsmlərlə doludur. Bu qaranlıq, ürküdücü rəsmlər çox vaxt dini mövzulara, mifologiyaya və rəssamların ağrılı təxəyyülünə diqqət yetirirdi.

1)Fransisko Qoyanın “Saturn oğlunu udur” əsəri
Ənənəvi yunan əfsanəsinə görə, açıqlana bilməyən şər tanrılar olan Titan Kronos və ya Saturn, bir gün onu devirəcəklərindən qorxaraq onun nəslindəki hər kəsi udub. Qoyanın tablosu, əfsanələrdə bu ən dəhşətli hərəkəti qrafik şəkildə təsvir edir. Bu rəsm Fransisko Qoyanın evinin divarlarına çəkdiyi 14 "qara rəsm" dən biridir və başqalarının gözü üçün nəzərdə tutulmayıb. Lakin onun ölümündən sonra rəsm, rəssam Salvador Martinez Kubels tərəfindən kətana köçürülüb. Amma rəsm məşhur olmadığından və heç kim onu almadığı üçün Madriddəki Prado Muzeyinə təqdim edilib.
2) Henri Fuslinin “Kabus” əsəri
"Kabus" Henri Fuslinin 1781-ci ildə yağlı boya ilə çəkilmiş, həm havadarları, həm də tənqidçiləri dəhşətə gətirən və valeh edən bir tablosudur. Şəkildə yuxuda olan qadının sinəsinə çöməlmiş iblis meymunabənzər inkubus və pərdənin arxasından gözləri qabarmış burun dəlikləri ilə at təsvir edilib. London kral akademiyasında keçirilən ilk sərgidən bəri müxtəlif insanlar onu fərqli cür şərh ediblər. Yuxularla bağlı bir çox psixoanalitik nəzəriyyələrin də mövzusu olmuşdur. “Kabus” əslində qorxu və xəstəlik toplusudur ki, hətta məşhur nevroloq Ziqmund Freydi də cəlb edir, onun reproduksiyasını Vyanadakı mənzilinin divarında saxladığı iddia edilir.
3) Caravaggiyonun “Meduza” rəsmi
Caravaggiyonun qorxulu və qeyri-adi rəsm əsəri əfsanəvi məxluqun Perseus tərəfindən edam edildiyi anı dəqiq təsvir edir. Caravaggiyo rəsmin iki variantını yaradıb: biri özəldir, digəri isə Florensiyada Uffizi muzeyində sərgilənir. Rəsmin unikallığı ondan ibarətdir ki, rəssam Meduzanın başı əvəzinə özünün avtoportretindən istifadə edir. Beləliklə, o, qorxunc görünüşünə qarşı öz immunitetini təsvir edir. O, həm də həyatının hələ huşunu itirdiyi və kəsilmiş başından qan süzüldüyü son anlarını əks etdirir.
4)Cerard Davinin "Kambis Məhkəməsi" əsəri
Bu əsər korrupsioner fars hakimi Sisamnenin dərisini təsvir edən dəhşətli bir rəsmdir. Rəsm əsəri yunan tarixçisi Herodotun tarixindəki bir hadisədən ilhamlanıb. Hekayə II Fars padşahı ilə başlayır. O deyir ki, Kambis rüşvət aldıqdan sonra ədalətsiz hökm çıxardığı üçün Sisamnenin diri-diri soyulmasını əmr edib. O, həmçinin hakimin dərisindən onun varisinin - oğlunun gələcək işlərə baxacağı stul üçün astar kimi istifadə edilməsini əmr edib. Üstəlik, rəsmin yuxarı sağ küncündə olan detalda qorxunc kresloda ədaləti həyata keçirən oğlu təsvir edilib.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
