Bayraqlar ölkələri təmsil etməyə başlamazdan əvvəl onlar iki əsas səbəbə görə istifadə olunub. Qoşunları döyüşdə toplamaq və qədim insanları fövqəltəbii güclə əlaqələndirmək. Bu ənənə təxminən 5000 il əvvələ gedib çıxır.
İlk bayraqlar indi bildiyimiz kimi deyildi. Əvvəllər onlar parça deyil, üzərində emblemi həkk olunmuş iri taxta çubuqlar idi. Döyüşdə onlar tərəflərin ərazisinin haradan başlayıb harada bitdiyini müəyyən etməyə xidmət ediblər.
Yalnız eramızın 6-cı əsrində, Çindən gələn ipəyin istehsalı və paylanması genişləndikdə, onlar müasir bayraqlara çevrilməyə başlayıb.
Qədim bayraqlar, əsasən, gəmilərdə asılıb. Eyni zamanda, onlar quruda hərbi kimlik və güc nümayiş etdirmək üçün də istifadə olunub. Danimarka Dənizçilik Tarixi Təşkilatının məlumatına görə, 1219-cu ildə Danimarka milli bayrağı ərsəyə gətirən ilk ölkə olub. Sonrakı iki əsrdə Avstriya, Latviya, Albaniya və İsveçrə kimi ölkələr də eyni təşəbbüsü göstəriblər.
Mənbə: postnews.ru
Tərcümə etdi: Aysu Əsgərzadə