Bu gün:

Başı kəsilən insanın beyni nə qədər oyaq qalır?


Britaniya tarixində Anne Boleyn və ya Fransız inqilabında Jan-Pol Maratın başları kəsildikdən sonra danışmağa çalışdıqları barədə çoxlu hekayələr var.


1793-cü ildə Jan-Pol Maratın qatili Şarlotta Kordeyi gilyotinlə edam edərkən, şayiələrə görə, Fransua le Qros adlı şəxs qadının başını qaldıraraq hər iki yanağına şillə vurub. Hadisənin şahidi olanların sözlərinə görə, Kordayın üzündə qəzəbli ifadə yaranıb və yanaqları qızarıb. Bədənlərdən ayrılan başların bir müddət şüurlu qaldığına dair tarix boyu başqa söz-söhbətlər də var. Məsələn, Enn Boleyn başı kəsildikdən sonra danışmağa çalışıb. Bəs, bu hekayələr saxtadır, yoxsa başın bədəndən ayrıldıqdan sonra şüurlu qalmasına dair elmi sübutlar varmı?

Beyin və onun strukturları işləmək üçün oksigen tələb edir (beyin bədəndəki oksigenin 20 faizini istifadə edir). Boyundakı damarlar kəsildikdən sonra beyin oksigenlə təmin ola bilmir. Ölümcül zərbədən sonra qanda və toxumalarda qalan oksigeni istifadə etmək mümkündür, lakin bu, çox çəkmir. 


Hərəkət yalnız başla əlaqəli toxumalarda və ya strukturlarda mümkün olacaq. Məsələn: ağız və gözlər. Çünki bu əzələləri qidalandıran sinirlər hələ də beyinə bağlıdır. Bəzi heyvanların başları daha uzun müddət yaşaya bilir. Buna misal olaraq Çində 20 dəqiqə əvvəl başı kəsilmiş zəhərli ilanın aşpazı sancaraq öldürməsini göstərmək olar.


Bu sahədə araşdırmalar son vaxtlar ölüm və ya ölümə yaxın təcrübələr yaşayan insanların şüur səviyyələrinə diqqət yetirməyə başlayıb. İnfarkt keçirən insanlar ətraflarında baş verən hadisələrdən xəbərdar olurlar. Bu, insanın ürəyi dayansa və heç bir şüur əlaməti olmasa belə, beynin ətrafda baş verənlərdən xəbərdar olduğunu ortaya qoyur.


Başı kəsildikdən sonra həyatda qalanların ən məhşuru Mayk adında toyuqdur. Mayk başı kəsik şəkildə 18 ay sağ qalmağı bacarıb. Ölümcül kəsik beyin sapını elə bir açı ilə kəsdi ki, mərkəzi sinir sisteminin əsas funksiyaları idarə edən hissəsi sağ qaldı. Vaxtında və yaxşı qurulmuş qan laxtası Maykın qanaxmadan ölümünə mane oldu.


Amma bu hadisənin insanın başına gəlməsi mümkün deyil. İnsanlarda hətta beynin ən primitiv funksiyaları idarə edən hissələri belə kəllə sümüyündə yerləşir. İnsanlar başı kəsilmiş Anne Boleynin danışmağa çalışdığına inanmaq istəyə bilər, amma bu, yəqin ki, uydurma bir hekayədir.


Mənbə: INDEPENDENT

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et