
Elm adamları "dünyanın ən qorxulu səsi" kimi təsvir etdikləri Astek ölüm fitinin səsini qorxunc küləyin fiti ilə "min cəsədin qışqırtısı" adı altında yenidən yaradıblar.
Mütəxəssislər 3D printerdən istifadə etməklə əfsanəvi alətin yeni versiyasını yaradıblar. Əsli 1990-cı illərin sonlarında Meksikada skeletlə birlikdə tapılmış orijinal kəllə formalı fitdir. Arxeoloqlar, əvvəlcə, bunun bir növ oyuncaq olduğunu düşünsələr də, ona çox əhəmiyyət verməyiblər. Cəmi 15 il sonra nədənsə arxeoloqlardan biri yuxarıdakı çuxura üfürüb və bu səs çıxıb. Bu inanılmaz bir kəşf idi, çünki fitin səsi insan qışqırmasına bənzəyib.
Bəzi ekspertlər hesab edir ki, asteklər, ehtimal ki, qurbanlıq zamanı insanların ruhunu axirətə yönəltmək üçün belə bir səsdən istifadə ediblər. Həmçinin müharibə zamanı döyüşçülər fitlərdən "düşmənlərinin ürəyinə qorxu salmaq" üçün də istifadə ediblər.
Mənbə: www.techinsider.ru
Tərcümə etdi: Fatimə Kərimli
