Bu gün:

Evdar qadınların üsyanları


Evdar qadınların “bəsdir artıq” dediyi kortəbii hərəkətlər, insanların kollektiv reaksiyasının nələri dəyişə biləcəyini bir daha xatırladaq...

Sentyabrın ilk saatlarında evdar qadınlar etiraz edirdilər: 'Yağ 30 sous (Fransız sikkəsi) olmasa, inqilab olar!'
Tarix 1911, yer- Fransanın şimalındakı Somain kommunasıdır. Bu aksiyalar başqa kommunalarda başlamışdı və oradan da başqa yerlərə yayılırdı.

Qadınlar bahalığa qarşı idilər. Hər gün evə əliboş qayıtmaq, uşaqlarına yemək verə bilməmək onları çətin vəziyyətə salırdı. Ət,süd, yumurta, çörək baha idi. Qadınların ortaq cəhəti mətbəxlərindəki çarəsizlik idi. Bazarlardakı yüksək qiymətlər, aclıq və yoxsulluq nəticəsində "evdar qadınların ayaqlanması” başladı. Onlar qiymətlərin aşağı salınmasını və sabitləşməsini istəyirdilər.

Həyat niyə bahalaşdı?

1910-cu ilin yayı inanılmaz dərəcədə yağışlı idi, məhsul yığımı zamanı Fransanın istehlak ehtiyacından 25 faiz az çıxırdı. Qiymətlər qalxdı.1911-ci il isə keçən ildən daha yaxşı başlamışdı, lakin yay ayları böhrana səbəb oldu. Bir damla da yağış yağmırdı. Bu dəfə isə quraqlıq səbəbindən dərələr qurumağa başlamışdı. İçməli su ehtiyatında su çatışmırdı. Fabriklər müvəqqəti bağlanmağa, işçilər işsiz qalmağa başladı. Tarlalardakı tərəvəz və meyvələrə ziyan dəydi. Heyvanların otladığı yerlər də quraqlıqdan əziyyət çəkdi. Fermerlər heyvanlara qış yemi verməli oldular və bununla da xərcləri artırdılar. Xəstəlik olan yerlər karantinə alınsa da, o dövrün Kənd Təsərrüfatına baxan qurumun ucbatından xəstəlik bütün Fransaya yayıldı. O, Parisdəki ölkənin ən böyük heyvan bazarına sağlam heyvanların gətirilməsinə icazə vermişdi. Xəstəlik istər-istəməz burada, buradan da bütün ölkəyə yayılırdı. Sonra Parisdə həmin bazardan kənarda heyvan satışı da qadağan edildi. Hətta yem bitkilərinin çirklənmə ehtimalına görə satışına qadağa qoyulmuşdu. Nəticədə yerli heyvanlar və onların ot və yemi də azaldı. Düzgün qidalanmayan inəklər süd verməkdə çətinlik çəkirdilər. Xüsusilə ət, süd, pendir, yağ, şəkər və s. kimi əsas qidalar bahalaşdı. 

Evlərin qadın üsyançıları!

1911-ci ilin avqustunda başlayan evdar qadınların iğtişaşları etirazlara çevrildi. Qəzəbli qadınlar hər şeyi sındırır, qiyməti aşağı salmayan satıcıları döyürdülər. Bəzi kommunalarda sosialist hökmdarlar qadınların etirazlarını davam etdirmələrinə dəstək verirdilər. Amma tacirlər, dövlət məmurları və polislər qadınlara qarşı birləşdi. Həbslər hadisələri dayandırmadı, əksinə daha da genişlənməsinə səbəb oldu. Mənbələr yazırdı ki, beş yüzə yaxın Hautmont qadını qonşu Ferriere kommunasında evdar qadınlara qoşulub, Madam Lakroa adlı qadının rəhbərliyi altında bir komitə yaratdılar. Gignoux-un Le Figaro qəzetində dərc olunan məqaləsində, “... etirazdan daha çox, səlib yürüşü kimi idi."dedi. Reallıq bu idi ki, həyat çox baha idi.

Hər bir bölgənin özünəməxsus fəaliyyəti var idi. Bəziləri südü boykot edib, yağ və yumurta qiymətlərini aşağı sala bilirdilər.Bəzi yerlərdə dava ilə qiymətlər endirilirdi.Fəhlələr tətilə çıxır, qadınlara qoşulur, yürüşlər təşkil edir, əsgərlər bunun qarşısını almağa çalışırdılar.
 Həmin vaxt Fransada olan Alexandra Kollontai “I Lived Many Lives” kitabında bu hadisələri belə təsvir edir: “Mən dərhal Parisə qayıtdım və bu hərəkata qoşuldum. Mən tarlalarda, bazarlarda, böyük salonlarda söhbət edərək eyni gündə çoxlu məclislər keçirməli oldum. Üsyankar qadınlar şən əhval-ruhiyyədə idilər. Onların arasında güc və enerji ilə dolu qeyri-adi qadınlar da var idi. Bəzilərinin heç vaxt bilmədikləri nitq qabiliyyəti var idi. Hətta bu hərəkatı dəstəkləyən işçilər bəzi yerlərdə ərzaq məhsullarının sabit qiymətləri tələbi ilə tətilə çıxırdılar”.

Xalq həbslərə, zülmlərə qarşı təslim olmadı. Evdar qadınların başladığı üsyanlarla fəhlələr də tətilə çıxdılar. Onların iştirakı ilə böyüdü. Kommunalarda beş günə yaxın iş dayanması və fasiləsiz küçə etirazları baş verdi. Sonda hökümət qoşunları geri çəkərək ət və süd məhsullarının qiymətinin düşəcəyini açıqladı. Onların tələbləri yerinə yetirilsə də, ictimaiyyət həmkarlar ittifaqı üzvləri üçün etiraz aksiyalarını daha iki gün uzatdı.
Dövlətin qorxusu ondan ibarət idi ki, bu hərəkətlər daha da siyasiləşəcək, yağdan, süddən kənara çıxmaqla hakimiyyəti hədəfə alacaq. Qorxmaqda da haqlı idilər; Tarixlərində çörəksiz üsyan edən xalq səltənəti dağıdıb, cümhuriyyət qurmuşdu.

Mənbə: Traditional Protests in Modern Garb.

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et