Bu gün:

Məqsədinizi tapmaq üçün 5 vacib sual


İnsanlar hərəkətli və gərgin həyatlarında mənəvi məna və məqsəd tapmaqda tez-tez çətinlik çəkirlər. Liderlik üzrə mütəxəssis Megan Dalla-Camina bildirir ki, məqsəd adətən təsadüfən tapılmır, onu şüurlu şəkildə yaratmaq lazımdır. "Çoxları üçün məqsəd qurulan bir anlayışdır, tapılan deyil. Hər gün məqsədli yaşamaq və işləmək üçün səylər və təcrübə lazımdır," - deyə o qeyd edir.

Dalla-Camina həyatınızın məqsədini tapmaq üçün aşağıdakı beş sualın cavablandırılmasını tövsiyə edir:

1. Nəyə həvəs göstərirsiniz? Pul maneə olmasaydı, nə ilə məşğul olardınız?

2. Əsas dəyərləriniz nədir? Münasibətlər, iş, yaradıcılıq, mənəviyyat, sağlamlıq, hobbilər, səyahət və ya aktivizm kimi dəyərləriniz hansılardır?

3. Güclü tərəfləriniz nələrdir? Hansı sahədə üstünsünüz? Hansı fəaliyyətlər sizi "axın vəziyyətinə" salır?

4. Hansı problemi həll etmək istəyirsiniz? Hansı cəmiyyət problemi sizi narahat edir və onun həlli yollarını axtarmağa vadar edir?

5. Hansı mirası qoymaq istəyirsiniz? Dünya üçün hansı təsirə sahib olmaq istəyirsiniz?

Bu suallar sizin həyatdakı əsas məqsədinizi tapmanıza və bu yolda ciddi addımlarla irəlləmənizə kömək olacaqdır.

Mənbə: Psychology Today 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et