Yaxın Şərqdə aparılan arxeoloji qazıntılar zamanı tapılan mixi yazı ilə örtülmüş kiçik gil lövhələr 1911-ci ildən bəri Yale Universitetinin Babil kolleksiyasında idi. Löhvələrdə dərman preparatları üçün reseptlər olduğu düşünülürdü.
Yalnız 1980 - ci ildə fransız tədqiqatçı Jean Bottério lövhələrin nə dediyini anlaya bildi. Onlar təxminən 4 min ilə yaxındır ki, axşam yeməyi haqqında danışırdılar.
Dört lövhədən ən böyüyü bir sabun ölçüsündə idi, min ildən çox yaşı olan ən balacası isə bir avuca yerləşəcək qədər balaca idi və onlar dərmanlarla yox, yemək reseptləri ilə dolu idilər.
Harvard Universitetindən Qoyko Barjamoviç bildirib ki, kitabələrdə günümüzə naməlum olan materiallar aşkarlanıb. Lövhələr qədim və ya müasir bir çox resept kimi eyni maraqlı fərziyyəyə malikdir: müəllif oxucudan əslində nəyi hədəflədiyini artıq bilməsini gözləyir. Bir çox köhnə reseptlərdə olduğu kimi, miqdar göstərilməyib.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
