Bu gün:

Axın vəziyyətini necə əldə etmək olar?


Bəzən bir fəaliyyətə elə diqqətlə yanaşırıq ki, zamanın necə keçdiyini belə anlamırıq. Bu vəziyyəti psixoloqlar "axın vəziyyəti" adlandırırlar. Bu hal çətin, amma bacarıq səviyyəmizə uyğun olan bir tapşırığı yerinə yetirərkən və fəaliyyətin özü mükafatlandırıcı olduğunda baş verir. Araşdırmalar göstərir ki, axın vəziyyəti müsbət əhval-ruhiyyə, iş məmnuniyyəti, emosional rifah və işdə performansın artması ilə əlaqəlidir.

Axın vəziyyətinə keçmək üçün aşağıdakı tövsiyələrə əməl etmək olar:

1. Aydın məqsədlər müəyyənləşdirin.

2. Fəaliyyətinizin necə getdiyi barədə dərhal və aydın geri bildirim alın.

3. Tapşırığın çətinliyi yüksək olmalı, amma bacarıq səviyyənizlə uyğun olmalıdır.

4. Tapşırıq özü ilə əyləncəli və mükafatlandırıcı olmalıdır, nəticədən asılı olmayaraq.

5. Fəaliyyətə kəsintisiz konsentrə olun.

6. Özünüzə fokuslanmaqdan imtina edin və başqalarına necə göründüyünüzü düşünməyin.

7. Hərəkətlərinizi idarə etdiyinizi hiss edin və qarşıya çıxan çətinlikləri dəf etmək üçün öz bacarığınıza inanın.

8. Tamamilə tapşırığa daxil olun, hərəkətlərinizin avtomatik və təbii olmasını hiss edin.

9. Zamanın keçməsi ilə bağlı təcrübəniz dəyişir, ya zaman yavaşlayır, ya da sürətlənir.

Axın vəziyyəti həm işdə, həm də şəxsi həyatda məhsuldarlığı və məmnuniyyəti artırmağa kömək edə bilər. Bu vəziyyətdə olmaq, yalnız tapşırığı yerinə yetirmək deyil, həm də onun özü ilə bağlı dərin bir əlaqə qurmaqdır.

Mənbə : Psychology Today 
Tərcümə etdi  : Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et