Bu gün:

Sehrbazlar dünyası televiziya ekranlarında yenidən doğulur


Bir nəsli sehrləyən Harry Potter dünyası indi televiziya ekranlarına köçürülür. Max platforması tərəfindən elan edilən yeni uyğunlaşdırma, kitabların detallı işlənməsi ilə pərəstişkarlara fərqli bir təcrübə təqdim etməyi hədəfləyir. Bununla belə, yazıçı J.K. Roulinqin mübahisəli keçmişi və orijinal heyətin layihədə iştirak etməməsi serial ətrafında yaranan bir qədər suallar da doğurur.

Son dövrdə çox danışılan bir hadisə olaraq, Harry Potter seriyasının televiziya uyğunlaşdırılması 2026-cı ildə izləyicilərlə görüşməyə hazırlaşır. Lakin bu yeni uyğunlaşdırmada orijinal Harry Potter heyətini görməyəcəyik. Max (əvvəlki adı ilə HBO Max) tərəfindən elan edilən layihə, J.K. Roulinqin əsərlərinin yenidən nəzərdən keçirilməsini təmin etməklə yanaşı, sosial şəbəkələrdə mübahisələrə səbəb olan yazıçını da yaradıcı heyətə daxil edir.


2023-cü ilin aprel ayında elan edilən Harry Potter serialı həm müsbət, həm də mənfi reaksiyalarla qarşılanıb. 2011-ci ildə başa çatan orijinal film seriyasından bəri keçən dövrün qısa olması və J.K. Roulinqin keçmişdəki mübahisəli açıqlamaları bu reaksiyaların əsas səbəbləri arasındadır. Yeni uyğunlaşdırma heyəti bu qavrayışı dəyişmək üçün çalışır.


Serialın kastinq elanında “İnklüziv və müxtəlifliyə əsaslanan bir aktyor seçimi etməyi öhdəmizə götürürük” ifadəsi diqqət çəkdi. Harry, Ron və Hermione üçün aktyor seçimi prosesi davam edir. Serialın 2026-cı ildə yayımlanması planlaşdırılır və hər mövsümün bir kitabı detallı şəkildə işləyəcəyi bildirilir.


Orijinal film seriyasının ulduz aktyorları Daniel Radcliffe, Rupert Grint və Emma Watsonun bu yeni layihə ilə bağlı fikirləri pərəstişkarlar tərəfindən maraqla gözlənilir. Daniel Radcliffe layihəni həyəcanla qarşılayaraq, “Bir izləyici kimi bu serialı səbirsizliklə gözləyirəm. Kitablardan kəsilən səhnələrin detallı şəkildə işlənəcəyi bir layihə olması gözəl bir fürsətdir",- deyib.


J.K. Roulinq Harry Potter serialında icraçı prodüser olaraq iştirak edəcək. Əlavə olaraq, Warner Bros serialın 2026-cı ildə yayımlanacağını açıqlayıb, layihənin çəkilişlərinə isə 2025-ci ildə başlanması planlaşdırılır. Yeddi mövsüm olaraq hazırlanan serialın on il davam edəcəyi gözlənilir. Yaradıcı heyət hekayənin detallarını daha dərindən işləyərək, pərəstişkarların uzun müddətdir gözlədiyi boşluqları aradan qaldırmağı hədəfləyir.


Mənbə: Habertürk

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et