
Yeni sosial media mem kriptovalyuta bazarında üstünlük təşkil edir, lakin orijinal sənət əsərinin sahibi buna son qoya bilər. "Chill Guy" və ya "Mən sadəcə sakit biriyəm" populyarlığı artan memdir. Mem, üzündə təbəssümlə təsadüfi paltar geyinmiş, sadə şəkildə çəkilmiş antropomorfik itdir. İstifadəçilər onun soyuqqanlı, sakit və yığcam davranışı ilə əlaqəli olduğu üçün personaj sosial mediada maraq qazanıb.
“Chill Guy” kimdir?
"Chill Guy" meminin mərkəzində boz sviter, bükülmüş mavi cins şalvar və qırmızı idman ayaqqabısı olan antropomorfik qəhvəyi itin təsviri var. İncə bir təbəssümlə personajın əlləri və yaxud pəncələrici şalvarının ciblərinə sıxılıb. Uzun, yuvarlaq bir baş, iri cığır və sadə xüsusiyyətləri ilə "Chill Guy", “Family Guy" adlı it personajı Brayan Qriffinə bənzəyir.
"Chill Guy" meminin rəssamı kimi görünən Filip Banks, "Mən heç vaxt sənətimdən kripto ilə əlaqəli hər hansı bir şey üçün istifadə etməyə icazə verməyəcəyəm" deyib.
Sosial mediada minlərlə video personajı əks etdirir və ya ona istinad edir, əsasən kişilər personajdan istifadə edir. Personajı əks etdirən ən yaxşı TikTok videolarına "Sən diqqətsiz olduğunu düşünürsən və əhəmiyyət verməyirsən, amma əslində bəzən sakit olmağı sevən soyuqqanlı bir oğlansan" kimi başlıqları ehtiva edir.
Mənbə: USA today, Times of İndia
Tərcümə etdi: Dilbər Paşazadə
