Bu gün:

Teodor Gerikonun “Kəsik başlar” əsəri


Tarix boyu rəssamlar ölüm, zorakılıq və fövqəltəbii mövzuları araşdıraraq sənətdə makabre təsvir ediblər. Onlar bu mövzuları təsvir etmək üçün istedadlarından istifadə ediblər. Belə rəssamlardan biri qorxulu rəsmləri ilə tanınan məşhur Teodor Gerikodur. Onun “Kəsik başlar” rəsmi  bu tip əsərlərə misaldır


"Kəsik başlar" adlı bu dəhşətli illüstrasiya sözün əsl mənasında ölümün ən qaranlıq anını təsvir edir. Başların parçalanması göz qabağındadır. Soldakı qadının qapalı gözləri və ölümcül ağ dərisi var, sağdaki kişinin isə əksinə, açıq ağzı və cansız gözləri var. Kompozisiyanı daha da heyranedici edən, Gerikonun öz niyyətini – həyatdan ölümə olan keçidi çatdırmaq üçün tünd və açıq tonlardan istifadə etməsidir.


Geriko ölüm fikrinə o qədər bağlı idi ki, onun həqiqi parçalanmış bədən hissələrini və cəsədləri studiyasında saxladığı hər kəs tərəfindən bilinib. Bir sıra digər rəsmləri kimi, “Kəsik başlar”da ona cəsədin incə detallarını çəkmək barədə məşq etmək imkanı verib.


Maraqlı fakt:


Kəsilmiş başların boyun nahiyəsinə görə, bu bədənlərin sahiblərinin başlarının kəsilməsi ilə ölüm ilə üz-üzə gəldiyini demək mümkündür. Ancaq əslində bu hadisə realda yalnız onlardan birinə aiddir. Geriko əvvəllər Bisetrdə (həmçinin edam məhbusları üçün həbsxana kimi xidmət edən xəstəxana) saxlanılan oğrudan gilyotinlə kəsilmiş bir kişi başı alıb və qadın başını da bu canlı modelə əsasən çəkib. Bu səbəbdən belə qənaətə gəlinib ki, Gerikonun “Kəsilən başlar”ı çəkməkdə ikinci məqsədi həm kişilərin, həm də qadınların gilyotinlə başlarının kəsilməsinin qurbanı olduqlarını vurğulamaq olub.


Mənbə: Dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et