İlya Repin 1844-cü ildən 1930-cu ilə qədər yaşamış məşhur rus-ukrayna realizm rəssamı idi. Onun uzun və uğurlu karyerası olub. O, həmçinin Rusiya incəsənətinə və mədəniyyətinə diqqəti cəlb etməklə tanınır. “Dəhşətli İvan və oğlu” onun ən məşhur və mübahisəli rəsmlərindən biri idi.
O, adətən tarixi səhnələrin rəssamı olmasa da, 30-cu illərin sonlarında Repin 16-cı əsrin nəhəng rus çarı İvan Qroznının həyatından məşhur bir hadisəni təsvir etməyi seçib. Əsərin məqsədi zorakılığın dəhşətini canlandırmaq və güman ki, başqalarını belə vəhşi davranışlardan çəkindirmək idi. Rusiya xalqının bütün müxtəlif qiyafələri ilə öz tarixində çoxlu qanlı hadisələr olub və bəzi millətçilər bu portreti anti-Rusiya kimi qiymətləndiriblər.
İllər keçsə də, bu rəsm hələ də insanları Repinin nəzərdə tutduğu kimi həyəcanlandırır və təhrik edir. O, Rusiya incəsənət tarixində mühüm rolunu saxlayır və eyni zamanda diqqətimizi ölkənin ən məşhur hökmdarlarından birinə cəlb edir.
İncəsənət əsərinin fonu:
1581-ci ildə İvan Qroznı oğlu İvanın arvadı Yelena Şerematevanı geyimi uyğun olmadığı üçün onu döyür. Onun təvazökar geyiminin zadəganlıq üçün aşağı səviyyədə olduğu güman edilir. Nəticədə, İvan Qroznı oğlu ilə üz-üzə gəlib və mübahisə yaranıb, İvan Qroznı əsəbini idarə edə bilməyib iti uclu əl ağacı ilə oğlunun başına vurub. Bununla da onun varisi olan İvan ölüb. Bu hadisə həm də Rusiya tarixində mühüm əhəmiyyət kəsb edib, çünki ölkə qanuni varisindən məhrum olub. Əvəzində çar dəhşətli İvanın əlil, hökmdarlığa uyğun olmayan və uşaqsız ortancıl oğlu Feodor taxta çıxıb. Feodorun gələcək varis qoya bilməməyi 1598-ci ildən 1613-cü ilə qədər davam edən çətinlik dövrünə səbəb olub.
“Dəhşətli İvan və oğlu” əsəri bu hadisənin Repinə məxsus təsviridir. Qorxulu mənşəyinə baxmayaraq, olduqca gözəl bir rəsmdir. Şəklin arxasındakı hekayəni bilməsəniz də, rəsmdə onun nə olduğunu göstərən ipuçları var. Əl ağacı açıq bir silah kimi ön planda yerdə görünür. Aydındır ki, qara paltarlı İvan Qroznı çəhrayı xalatlı gənci öldürüb. Xalçanın əyri olması və arxa fondakı bəzi mebellərin yıxılması səbəbindən bir növ münaqişə yarandığını anlamaq mümkündür. Rəsmin gözəlliyini bir çox detallarda görmək olar.
Dəhşətli İvanın üzündəki emosiya da kifayət qədər aydın görünür. Bu rəsmdə törətdiyi əməldən peşman olan çar İvanın qorxu dolu gözlərini və ürəkağrıdan təsvirini görmək olar. Onun duyğuları öldürülən oğlunun üzündəki ifadə əksikliyi ilə yanaşı düşüb. Şəkil İvan üçün təəssüfləndiyiniz, həm də onun qatil olduğunu başa düşdüyünüz zaman qarışıq emosiyalar yarada bilər. Bu, olduqca heyrətamiz bir sənət əsəridir.
Mənbə: TheHistoryOfArt
Tərcümə etdi: Aysu Əsgərzadə