Bu gün:

Avstraliya heyvanları nə qədər ölümcüldür?


Möhtəşəm opera teatrı, qumlu çimərlikləri və ya rəngarəng rifləri ilə yanaşı, Avstraliya dünyanın ən ölümcül heyvanlarının evi kimi reputasiyasını möhkəmləndirib.


Təxmin edilib ki, Avstraliyada 66 zəhərli növ mövcuddur və bu, onu Braziliya (79 növ) və Meksika (80 növ) kimi ölkələrdən aşağı sıralarda yerləşdirib. Ancaq məsələ həmin canlıların zəhərinin miqdarıdırsa, Avstraliyanın ən ölümcül statusu daha mənalı görünüb. Onun daxili taypan ilanları, qutu meduzaları, Sidney huni-tor hörümçəkləri və daş balıqları öz növləri arasında ən zəhərliləri arasında yer alıb.


Avstraliyanın ölümcül heyvanlarına ən yaxşı nümunə Elapid ilan ailəsi ola bilər: bu, qısa dişləri və çevik təbiəti ilə xarakterizə olunan zəhərli bir qrupdur. Taipan, mərcan ilanı və mamba kimi 300 elapid növündən 60-ı Avstraliyanın quru və sularında tapılıb. Bəziləri insanlara qarşı kiçik və utancaqdır, digərləri isə böyük və diqqətçəkəndir. Elapidlər aşağıya doğru zərbə vuraraq neyrotoksik zəhər inyeksiya edir, bu da ovda ani iflic yaradır. Dişlənən ov heyvanı – hansı ki, elapid üçün gəmiricilər, kiçik quşlar və hətta digər ilanlar ola bilər – tamamilə udulmaqdan xilas ola bilmir. Bir taipanın bir dişləməsi ilə buraxılan zəhər, əgər imkan verilsə, 250,000 siçanı öldürməyə kifayət edər.


Əlbəttə, burda təkcə ölümcül ola biləcək zəhərli növlər yoxdur. Həşəratlar zəhərli deyillər, həmçinin dünya üzrə ən təhlükəli quşlardan biri hesab edilən kəsik ayaqları olan kasovarylər də zəhərli deyillər. Onların altı barmağından ikisinin üzərindəki qılınc şəklindəki dırnaqlar sayəsində çox təhlükəli olduqları düşünülüb. Hər iki heyvan da Avstraliyada və ya onun ətraf sularında geniş yayılıb və təhdid edici hesab olunur, amma hər hansı birinin insanlara qarşı aqressiyası hələ də nisbətən nadirdir. Statistikaya görə, köpəkbalığı hücumları tarixən ildə bir qurbanı keçməyib, qeyri-ölümcül hücumlar isə 2011-2020-ci illər arasında ildə 8 ilə 19 arasında dəyişib. Kasovarylərin insanlarla qarşılaşma ehtimalı daha yüksəkdir, ildə 200-dən çox insana hücum ediblər, amma 1920-ci illərdən bəri yalnız bir kasovary ilə bağlı ölüm hadisəsi baş verib.


Mənbə: Britannica

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et