Bu gün:

Yazı ilk dəfə nə vaxt və necə tapılıb?


Yazının kəşfi bəşər tarixində ən mühüm hadisələrdən biridir. Yazının kəşfi ilə yeni mənbələr də kəşf edildi. Çoxlu yazı nümunələri mövcuddur. Tarixdə tapılan bu nümunələrlə biz tarix haqqında daha dərin biliklərə sahib ola bilərik. Bəs yazını kim kəşf edib? Əvvəla, yazı ilk dəfə nə vaxt və necə kəşf edilib? Yazının tarixi nədir?


Anadolu sivilizasiyalarından biri olan şumerlər tarixdə ilk yazını kəşf ediblər. Yazının kəşfi tarixin mühüm hadisələrindən sayılır. Yazı ilk dəfə mixi yazı kimi şumerlər tərəfindən kəşf edilib. Şumerlərin mismarlara çəkdikləri simvollar yazının ixtirasına səbəb olub. Bu yazı təxminən eramızdan əvvəl 3500-cü ildə aşkar edilib. İlk dəfə mixi yazıdan 5500 il əvvəl istifadə edən şumerlər yazı kəşf edən ilk sivilizasiya olublar. Məlumdur ki, şumerlər yazını şəhərlərin inkişafı və ticarətin artması ilə əlaqədar yaradıblar. Şumerlər yazını yaratmaqla sosial və iqtisadi münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdülər.


Heroqlif yazı isə ilk dəfə qədim sivilizasiyalardan biri olan Misirdə tapılıb. Mixi yazıya bənzəyən, lakin fərqləri olan heroqlif yazı eramızdan əvvəl 3200-cü ildə yaranıb. Yazı sistemləri müstəqil və bir-birindən xəbərsiz inkişaf edib. Bu yazılardan dövlət işlərində və qədim gündəlik həyatda istifadə olunurdu. Sonralar əlifbalar icad edilmişdir. Əlifbaların ixtirası ilə bəşəriyyət bir çox yeni hərflər yaratdı. Beləliklə, bu günə qədər yeni yazılar, müxtəlif növ əlifbalar yarandı.


Mənbə: Milliyet

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et