Bu gün:

Uşaqları “zəhərləyən” davranışlar


Valideynlik sevgi və fədakarlıqla dolu bir səyahətdir. Ancaq bəzi yaxşı niyyətli davranışlar belə uşağınızın psixologiyasına mənfi təsir göstərə bilər. Zərərli valideynlik uşağın fiziki, emosional və ya psixi sağlamlığına mənfi təsir göstərən davranış və rəftarları əhatə edir. Bunlar bəzən həddindən artıq qoruyuculuq, daimi tənqid, sevgini şərti olaraq göstərmək və ya uşağın fərdiliyini rədd etmək kimi özünü göstərir. 

Zərərli valideynlik davranışları və işarələri:


1. Daimi tənqid və səhv axtarış


Uşağınızın etdiyi hər şeydə günah tapırsınız? Davamlı tənqid uşaqlarda özünə inamsızlıq və qeyri- adekvatlıq hisslərinə səbəb olur. 

Həll yolu: Uşağınızın nailiyyətlərini qiymətləndirin və həvəsləndirin. Mənfi tənqid əvəzinə konstruktiv rəy verməyə çalışın.


2. Həddindən artıq nəzarət edən davranışlar


Həddindən artıq nəzarət uşağın müstəqilliyinin inkişafına mane ola bilər və ona "Mən təkbaşına bacarmıram" düşüncəsini verə bilər.


Həll yolu: Uşağınızın kiçik qərarlar qəbul etməsinə icazə verin. Ona güvənin, dəstək olun.


3. Emosional manipulyasiya


Sevgidən mükafat və ya cəza vasitəsi kimi istifadə uşaqda emosional manipulyasiya hissi yaradır. Məsələn, "Dediklərimi etməsən, səni sevməyəcəm" kimi ifadələr zərərli təsir göstərir.


Həll yolu: Sevginizin şərtsiz olduğunu göstərin. Uşağınızla açıq ünsiyyət qurun və onun hisslərinə ifadə etməsinə icazə verin.


4. Həddindən artıq gözləntilər


Uşağınızın mükəmməl olmasını gözləyirsinizmi? Onu daim başqaları ilə müqayisə edirsiniz? Bu vəziyyət uşağın özünü qeyri-kafi hiss etməsinə səbəb olur. 

Həll yolu: Uşağınızın fərdi qabiliyyətlərini və məhdudiyyətlərini qəbul edin. Onu özü olduğu üçün sevin və dəstəkləyin.


Mənbə: Cumhuriyet

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et