"Gravity falls" 2012-ci ildə "Disney channel"-da yayımlanmağa başlayan televiziya serialıdır. Serial animasiya olsa da, uşaqlar üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq, cizgi filminin hər yaş təbəqəsindən kifayət qədər izləyicisi olub və hələ də var.

Animasiya ilk bölümdən etibarən müxtəlif gizli mesajlarla doludur. Bu mesajlar müxtəlif üsullardan istifadə etməklə şifrələnib. Bu barədə daha çox məlumatı Adal youtube kanalından əldə edə bilərsiniz.
Bütün mesajların sirri açıldıqda bunların gələcək bölümlərdə baş verəcək hadisələr və Bill Sayper adlı əsas qəhrəmanla bağlı məlumatlar olduğu ortaya çıxır. Bura qədər hər şey normal olsa da, Bill Sayperin, yəni məşhur gözlü üçbucağın ortaya çıxması ilkin narahatlıqlara səbəb olur. Bildiyimiz kimi bu simvol bir çox digər film və cizgi filmlərində qarşımıza çıxan və bəzən bir təriqəti təmsil edən bir işarədir.
Təkcə Bill yox, serialın bəzi bölümlərində baş verən hadisələr animasiyanın təhlükəli hesab edilməsinə səbəb olub. Bunun üçün hekayəni bir az açmaq lazımdır, valideynlər və ümumiyyətlə insanlar hansı səbəblərdən cizgi filmini qorxuducu hesab edir?
Animasiyanın hekayəsini xronoloji ardıcıllıqla ifadə etsək, daha aydın olar: Stan və Ford adlı iki qardaş hekayənin əsas təməlini təşkil edir. Stan daim əylənmək istəyən, Ford isə onun əksinə çalışqan olan qardaşdır. Onlar gənc olanda Ford bir layihə üzərində işləyir və universitetə qəbul olmaq istəyir, lakin qardaşının ondan ayrılması qorxusu Stanı sarsıdır və gizlicə layihəni məhv edir. Bu ailənin dağılmasına gətirib çıxarır, Fordun layihəsi ilə varlanmaq xəyalı quran ata Stanı bu səhvinə görə evdən qovur və o ABŞ-ni gəzərək fırıldaqçılıqla pul qazannağa başlayır. Ford isə araşdırmalar üçün "Gravity Falls" qəsəbəsinə gəlib çıxır.
Ford apardığı uzun uzadı işlər davam edərkən Bill ilə tanış olur, Bill hər dövrdə qəsəbədə yaşayan ağlı normal səviyyənin üstündə olan insanların gözünə görünür. Həmin vaxt Ford paralel dünyaya açılan bir portal cihazı üzərində işləyir və Bill ona cihazı bitirməkdə kömək edəcəyinə söz verir. Qarşılığında isə istədiyi vaxt Fordun ağlına girməyi istəyir. Razılaşma əldə olunur və Ford cihazı hazırlayarkən komoyuter mühəndisi mcGuggetin də köməyini alır. Nəhayət portal hazır olur, lakin yoxlanış zamanı mcGugget təsadüfən portalın içinə çəkilir. Ford onu xilas etsə də, qarşı tərəfdə gördükləri Guggeti sarsıdır və bir müddət sonra o, yaddaşı silən bir qurğu hazırlayır və hətta bununla bağlı bir təriqət də yaradılır. Məhz bu məqam animasiyanın qaranlıq üzlərindən bir hesab olunur, çünki təriqət zamanla paranormal hadisələrə şahid olan insanların beynini zorla təmizləyir və onların xatirələrini saxlayır.
Hekayənin davamında Ford qardaşı Stani köməyə çağırır və cihazı yenidən işə salmağa çalışır. Bütün bunlar baş verərkən Ford burada yaşadıqlarının hamısını 3 gündəlikdə yazıb saxlayır.
Stanin gəlişi daha böyük problemlərə yol açır və Ford təsadüfi bir şəkildə portalın içinə çəkilir və keçid bağlanır. Cihazı işlək vəziyyətə qaytarıb qardaşını xilas etmək istəyən Stan obrazı onun yerinə keçir və hekayənin bundan sonrası onun məzəli fırıldaqları və arxa planda gördüyü işlərlə keçir. Bütün bu hadisələr animasiyanın arxa planında baş verir, yəni əsas gedişatın müxtəlif bölümlərində özünə yer tapır. Əsas gedişat nə qədər maraqlı və sirlidirsə, arxa plan bir o qədər qaranlıq və qorxuducudur.
Əsərin əsas qəhrəmanları Meybl və Dipper əkizləri ilə baş verən səhnələrdə Stanin, eləcə də digər obrazların yetkin zarafatları da geniş kütlələrdə narahatlıq yaradan səbəblərdən olub.
Bütün bunlara baxmaraq animasiya filmi ən uğurlu işlərdən hesab olunur. İçərisində müxtəlif mübahisəli məqamlar olsa da, cizgi filmi hakim təbəqələr tərəfindən təhlükə kimi qəbul edilmir.
Hazrladı: Səidə Abasova
