
Tommy Hilfiger geyimlərinin istehsal edildiyi əsas yerlərdən biri ABŞ-ın Sakit Okeandakı Şimali Mariana adalarına daxil olan Saipan adasıdır. Bu ərazidə istehsal Tommy Hilfigerə "ABŞ istehsalı" etiketindən istifadə etməyə imkan verir. Lakin Saipanda minimum əmək haqqı qanunu yoxdur, və bu fabriklərdə iş şəraiti ilə bağlı problemlər üzə çıxıb.
2000-ci ildə Hilfiger Saipanda tikiş işçilərinə pis rəftar edildiyini iddia edən bir qrupun iddiasını həll etdi. Bu iddiada daha 20 geyim istehsalçısı da ittiham olunurdu.
Hilfiger həmçinin 2011-ci ildə Banqladeşdə istehsalatla bağlı tənqidlərə məruz qaldı. Hilfiger üçün geyim istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 29 tikişçi həyatını itirdi. Hadisəyə səbəb naqillərin düzgün çəkilməməsi və qapıların bağlanması idi. Bir çox işçi nahar vaxtı damda qalıb, çünki yanğın nərdivanı mövcud deyildi. Binada çiləyicilər və ya yanğınsöndürmə vasitələri də yox idi. Bu faciədən sonra Tommy Hilfiger təhlükəsizlik islahatlarına 1 milyon dollar ayıraraq, fabrikin şəraiti haqqında ictimaiyyətə hesabat verməyi öhdəsinə götürdü. Buna baxmayaraq, 2012-ci ildə İşçi Hüquqları Konsorsiumu Hilfiger fabriklərində daha çox işçinin öldüyünü iddia etdi.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
