
Dünyanın kabuslardan tutmuş UFO-lara qədər hər şeyin olduğu iddia edilən ən qorxulu 9 meşəsini kəşf edək:
Əgər, qorxunc varlıqların yaşadığı bir evə düşsəniz oradan qaçıb qurtulamaq haradasa mümkündür, lakin sehrli və bəd ruhların yaşadığı bir meşədə itsəniz oradan çıxmaq mümkün olmayacaq. Hazırda dünyada bəd ruhların yaşadığı, şeytanın meşəsi adlandırılan və digər qorxunc əhvalatlarla yada salınan meşəliklər var.
Məsələn, Şeytanın tapdaladığı yer, Şimali Karolinanın şam meşəsindəki kiçik bir torpaq sahəsidir, burada şeytanın "sələfi" olduğuna inanılır. Eyni zamanda, Nyu Cersidəki Şam Barrens bir milyon hektardan çox ərazini əhatə edir və iddia edilir ki, həm müxtəlif ruhlar, həm də Cersi Şeytanı kimi tanınan qorxunc bir məxluq burada yaşayır.
Sıralamaya keçək:
1. Aokigahara: Fuji dağının kölgəsində Yaponiyanın soyuqqanlı “intihar meşəsi” - meşəni qorxunc edən birinci əsas onun səssizliyidir və burada elektronika işləmir. İkinci səbəb kimi, kütləvi aclıq və qıtlıq yaşanan dövrdə insanların yaşlıları gətirib burada ölümə tərk etmələri hesab olunur. Digər səbəb isə son zamanlarda meşənin "intihar üçün ən yaxşı yer" kimi qəbul olunmasıdır. Burada ölən insanların ruhlarının hələ də buranı tərk etmədiklərinə inanılır.
2. Meksikanın sürünən kuklalar adası : Bu ada digərlərindən fərqli olaraq budaqlardan asılan kuklaları ilə məşhurdur. Barrera adlı bir şəxsin suda boğulan bir uşağın yanından tapdığı kuklanı budağa asması ilə başlayan bu "macəra" Barreranın ölümü ilə başa çatır. O tapdığı bütün kuklaları budaqlara asmağa başlayır və kuklaların sahiblərinin onu təqib etdiyinə inanır.
Təxmin edilir ki, bu meşədə 4000-ə yaxın gəlincik var, onların əksəriyyətinin gözləri, saçları və ya üzvləri yoxdur və bunun pis ruhlar tərəfindən edildiyi düşünülür.
3. Kaliforniya: Cobb Estate - digər meşələrdən fərqli olaraq , heç kim Cobb Estate-in qorxunc reputasiyasını inkişaf etdirməsinə nəyin səbəb olduğuna tam əmin deyil. Şayiələrdən biri meşədə zorlanan və öldürülən bir rahibədən bəhs edir.
Bunlar sadəcə hekayələr ola bilər, lakin son illərdə Cobb Estate-də bəzi narahatedici kəşflər olub. Məsələn, həm 2010, həm də 2019-cu illərdə mülkün geniş yayılmış, məşhur gəzinti yolları boyunca cəsədlər aşkar edilib.
4. Transilvaniya ruhlu meşəsi
5. Şeytanın tapdaladığı yer: Şimali Karolinadakı Haunted Meşə
6. Britaniya Epping meşəsi
7. Fritaun Dövlət Meşəsi, Massaçusetsin "Lənətlənmiş" Meşələri
8. Nyu Cersi: Cersi şeytanının evi
9. Hindistanın Dou Təpəsi, Kabusların məskunlaşdığı iddia edilən meşə
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
