
1980-90-cı illəri əhatə edən Şeytan panikası ABŞ-də böyük sarsıntılar yaradan və əsasən azyaşlı təbəqənin ziyan gördüyü hadisələrdən biri idi.
1980-ci illərin əvvəllərindən etibarən ritual cinsi istismar, okkultizm və şeytana sitayiş xəbər başlıqlarlnda özünə yer etməyə başlayır. Getdikcə alovlanan iddialar ağlasığmaz ittihamlara və haqsız həbslərə gətirib çıxarır.
Bu hadisələrin daha sıx baş verdiyi yer isə məktəblər olub. 1980-ci illərdə McMartin Məktəbəqədər təhsil müəssisəsi Şeytan çaxnaşması kimi tanınan narahatedici ümummilli fenomenin mərkəzinə çevrilib. Hətta 1983-cü ildə sonradan paranoid şizofreniya diaqnozu qoyulan ana məktəb müəllimlərini oğluna qarşı zorakılıq etməkdə ittiham etdi. Tezliklə hər biri əvvəlkindən daha şok edici olan digər iddialar gəlir. Müəllimlər nəinki azyaşlı şagirdlərinə sataşmaqda, hətta uşaqların gözü qarşısında havada uçmaqda, körpələri qurban verməkdə, heyvanları vəhşicəsinə öldürməkdə ittiham olunurlar.
Bütün bunlar baş verərkən ortaya belə bir sual çıxır: Panikanı yaradan ilk addım nə idi?
1960-69-cu illərdə ardıcıl şəkildə 5 nəfərin öldürülməsi və ardından qatilin verdiyi açıqlama panikanın ilk toxumu hesab olunur. Qatil: "Mən şeytanam və iblis işimi görməyə gəlmişəm" deyərək bütün xalqa səslənib.
Qeyd edək ki, doğrudan da 1970-1980-ci illərdə insanlar hər yerdə şeytanı "görməyə" başlayırlar. Mağazların loqolarında, qorxu filmlərində və başqa ağla gələ biləcək hər şeydə şeytanı axtarırlar, hətta bəzi markalar insanların narahatlığını aradan qaldırmaq üçün loqolarda dəyişikliklər edirlər.
1980-ci ildə isə işlər daha qızğın bir hal alır. Xüsusilə, Manhattendə yeləşəm McMartin məktəbə qədər təhsil müəssisəsində valideyn narahatlıqları başlayır və araşdırmalardan sonra həqiqətən də qorxunc həqiqətlər üzə çıxır. Azyaşlılar müəllimlər tərəfindən fiziki, cinsi və psixoloji zorakılığa məruz qaldıqlarını etiraf edirlər.
Getdikcə üstü açılan hadisələr şok edici idi. Uşaqlar müəllimlərin beysbol dəyənəyi ilə atı döyərək öldürmələrini, tutuquşunu sıxaraq öldürmələrini, kilsədə körpəni qurban kəsərək uşaqlara qan içdirmələrini, məktəbin altındakı gizli tunelləri və uşaqların oynayacağı “Gözətmə” adlı oyunu təsvir ediblər. Müəllimlər sinif yoldaşlarına təcavüz edərkən keşik çəkdiklərini də deyiblər.
Təhsil müəssisəsi uzun illər davam edən məhkəmədən sonra ittihamı üzərindən atmağı bacarır, lakin bəzi işçilər satan panikasının qurbanı olur.
İnsanlar bundan sonra şeytanı mahnılarda və oyunlarda axtarmağa başlayırlar. Lakin vaxt keçdikcə panikadan istifadə edən saxtakarların ortaya çıxması və qatillərin satanizm ritualı kimi qələmə verdikləri qətllər insanları yavaş-yavaş oyadır. Panika azalır və hadislər səngiyir. Lakin tamamilə sona çatdığını əminliklə demək olmaz.
Mənbə: Allthatsinteresting, New York Times
Hazırladı: Səidə Abasova
