
Bilinən ən qədim yazı 5000 ildən çox əvvələ aiddir. Bəs, adı ilə tanış olduğumuz ilk yazıçı kimdir?
Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində kurator tədqiqatçısı Erhan Tamur deyib ki, bir çox insanlar epik şair Homer, lirik şair Sapho və ya tarixçi Herodot kimi qədim yunan korifeylərini adları ilə tanınan ilk müəlliflər kimi göstərə bilərlər. Amma Tamur qeyd edib ki, bu rəqəmlərdən təxminən min il əvvəl Enheduanna kimi tanınan, şahzadə, keşiş və şairə olan biri var idi. Yale Universitetinin astroloqu Benjamin Foster deyib: “Birinci müəllif dedikdə, adını bildiyimiz, mövcud mətni əlaqələndirə biləcəyimiz ilk müəllifi nəzərdə tuturuq. Mesopotamiya ədəbiyyatının əksəriyyəti üçün onu kimin yazdığını bilmirik, lakin o, istisnadır." deyib.
Eneduanna eramızdan əvvəl 2334-2279-cu illər arasında yaşamış Akkad kralı Sarqonun qızı idi. Sarqon yeni imperiyasını möhkəmləndirmək səylərinin bir hissəsi olaraq qızını Şumerin Ur şəhərində Şumerin Ay tanrısı Nannanın baş kahini təyin etdi. O, bu rolu üzərinə götürəndə şumer dilində "ali kahin, cənnət bəzəyi" mənasını verən Enheduanna adını götürdü. Tamur “Ay tanrısının baş keşişi və atasının Urdakı nümayəndəsi kimi Ur şəhərində çox önəmli bir şəxs idi. Və bütün bu vəzifələrlə yanaşı şeir yazıb" deyə bildirib. Sidney Universitetindən astroloq Luis Prayk deyib ki, müasir dünya Enheduanna haqqında ilk dəfə 1927-ci ildə ingilis arxeoloqu Leonard Volley tərəfindən Ur şəhərində qazıntılar zamanı aşkar edilmiş mərmər diskin qalıqlarından öyrənib.
Normalda Filadelfiyadakı Penn Muzeyində saxlanılan diskin ön tərəfində Enheduanna təsvir edilib, çünki o, məbədindəki platformanı Nannanın qızı Şumer ilahəsi İnannaya həsr edib və arxa tərəfində onun adını təqdim edib. Tamur deyib ki, Enheduannanın şeirlərində İnanna akkadlı həmkarı, sevgi və müharibə ilahəsi İştarla eyniləşdirilir. Kahinin yazılarında İnanna həm qəddar, həm də mərhəmətli və mülayim, həm məhv etməyə qadir, həm də səxavətə malik idi.
Mənbə: Arkeofili
Tərcümə etdi: Sona Osmanova
