Bu gün:

İlk proqramlaşdırıla bilən robot


İslam coğrafiyasının qızıl çağını yaşayan Əl-Cəzari ilk proqramlaşdırıla bilən robotu 1203-cü ildə hazırlayıb. Bu robot əslində bir qayıq idi. Qayıqda dörd nəfər, iki nağaraçı, bir arfaçı və bir fleyta ifaçısı olub.

Musiqiçilərin insanlardan ən mühüm fərqi onların insan deyil, robot olması idi. Əl-Cəzarinin maşını əyləncə gecələrində istifadə etmək və qonaqları əyləndirmək üçün nəzərdə tutulub. Qayıq göldə üzərkən, onun üzərindəki “robot” musiqiçilər mahnı oxuyublar. Qayıq üzdükcə, musiqiçilərin içindəki mexanizm işə düşür; Nağara, fleyta və arfa çalmaqda davam edirdi. Burada dayanıb bir daha düşünmək lazımdır: Mühəndislik, fizika və musiqiçilik eyni vaxtda vahid sistem üzərində işləyir. Suyun təzyiqi və cərəyanın istiqaməti dəyişdikcə nağara müxtəlif rəvan ritmlər yaradır, digər musiqi alətləri isə bu ritmlərə uyğunlaşan melodiyalar yaradır. Əl-Cəzarinin dühası indi bütün dünya tərəfindən qəbul edilib.

Mənbə: Atlantis kütüphanesi

Tərcümə etdi: Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et