
Hər birimiz ən azı bir dəfə gecə soyuq tər içində oyanmışıq və yaxınımızdan birinin öldüyünü və ya özümüzün iştirak etdiyimiz qəzanın nəticələrini görmüşük.
Bu cür yuxular narahat edir və sizi ən böyük qorxunuza cavab axtarmağa məcbur edir - "Birdən yuxu gerçəkləşsə nə olacaq?" Ancaq əslində yuxuda ölü bir insan görmək həmişə pis deyil və bunun reallıqda baş verəcəyindən qorxmamalısınız.
Freydin yuxuyozmasına görə,
Freyd yuxuda ölü bir insanı görməyin böyük şans olduğuna inanırdı. Üstəlik, onunla qohum olub olmamağınız vacib deyil.
Və əgər ölü sizlə danışmağa başlasa qorxmaq lazım deyil. Əksinə, deyənləri yadda saxlamaq və diqqətlə dinləmək lazımdır. Məsələn, bir qadına yaxın rəfiqəsinin ölümü yuxusuna girsə bu onun ehtiyatlı davranması üçün işarədir. Bundan əlavə, Freyd yuxuların insanın daxili təcrübələrinin proyeksiyası olduğuna inanırdı. Onun versiyasına görə, yuxuda ölülərlə söhbətlər, insanın oyaq olanda özündə sıxışdırdığı dərin günahkarlıq hissini əks etdirir.
Nostradamusun yuxuyozmasına görə:
Nostradamus inanırdı ki, ölülərin xəyalları insanın taleyinin həll edildiyi anlarda baş verir. Ancaq bu xəyal kitabında mərhumla qarşılıqlı əlaqənin konteksti son dərəcə vacibdir.
Əgər yaxından ünsiyyət qurduğu və ya isti, səmimi münasibətdə olduğu birini yuxuda görürsüzsə, bu, yuxu üçün narahat olmamalısınız. Bu yaxşı xəbərdir.
Yuxuda ölən bir düşmən işdəki uğursuzluqlardan xəbər verir. Belə bir yuxudan sonra pulla işləyərkən xüsusilə diqqətli olmalı olmalısınız. Kənardan aldatma ehtimalı artacaq.
Vanginin yuxuyozmasına görə:
Ölən bir insan sizi özü ilə çağırırsa, bu pis bir əlamətdir. Necə ki, yuxuda yatmış adam mərhumla eyni masada oturub onunla yemək paylaşır. Belə bir şey gördüyünüz zaman bədəninizi yoxlatmaq lazımdır. Bəlkə də müayinədə əvvəllər özünü göstərməyən bir xəstəliyi ortaya çıxaracaq.
Yuxuda öz ailəsindən olan yaşlı qadını - ana, bibi, nənə və ya ulu nənəni doğum günündə görmək və daha çox ondan hədiyyə almaq yaxşı bir yuxudur. Burada əsas rolu hədiyyə olaraq alınan əşya oynayır. Çox vaxt gizli məna daşımır və şəffafdır. Məsələn, bir uşağın əşyasını alsanız, çox güman ki, tezliklə ailəyə yeni bir üzv gələcək. Və bu, mütləq yuxuda olan insanın özü ilə əlaqəli deyil, bəlkə də onun qohumlarından danışılır.
Mənbə: Lisa. ru
Tərcümə etdi: Fatimə Umarbəy
