Bu gün:

Qədim zamanlarda gözəllik sirləri


Sosial medianın təsiri ilə qadınların xarici görünüşünə verilən diqqət artmış kimi görünsə də, əslində, qadınların gözəllik sirləri çox qədim zamanlara gedib çıxır. Qadınlar təkcə bu gün deyil, əsrlər boyu gözəlliklərini qorumaq üçün müxtəlif üsullara əl atıblar. Onların canlı dəri, gənc görünüş, sağlam və güclü bədəni qorumaq üçün etdikləri kəşflər və ixtiralar bu gün də qüvvəsini davam etdirir. Bəs, dünyada qədim sivilizasiyaların bu gözəllik ixtiraları hansılardır və bu gün də tətbiq olunur? Gəlin birlikdə nəzər salaq.

Qədim Yunanistanda yaranan alma sirkəsinin möcüzəsi

Bu gün gözəl bir qadına kompliment edilən zaman deyilən "Yunan ilahəsi" sözünün səbəbi Qədim Yunan qadınlarının bu əfsanəvi gözəllik ixtiralarıdır. Bu ixtiralardan birincisi tibblə yanaşı estetika sahəsində də müalicəvi təsiri olan alma suyu sirkəsidir. Qədim Yunanıstanda qadınlar saçlarına canlılıq və güc vermək, baş dərisi problemlərini həll etmək üçün alma sirkəsindən istifadə ediblər. Bundan əlavə, alma suyu sirkəsi sızanaqlara meylli dərilərdə sızanaqları müalicə etmək üçün istifadə edilən bir üsul idi.

Qədim Misirin gözəllik sirləri

Keçmişin bir çox sivilizasiyaları ilə müqayisədə Qədim Misir gözəllik və qayğı anlayışlarından ən çox təsirlənən mədəniyyət kimi seçilir. Misirin ən məşhur kraliçaları da tarixdə öz gözəllik və qayğı ritualları ilə məşhurdurlar. Misir kraliçası Nefertiti antibakterial xüsusiyyətlərə malik "kohl" qarışıqları yaradıb. Gözəlliyi tarix kitablarında belə xatırlanan ən məşhur Misir kraliçası Kleopatra gözəllik sirləri və makiyaj sənəti haqqında kitab yazıb.

Kleopatranın süd və qızılgül ixtirası

Kleopatranın gözəllik ritualında süd və qızılgül mühüm yer tutub. Saatlarla süd və qızılgül ləçəkləri ilə dolu çəlləkdə çimib. O, dərisinin beləcə yeniləndiyinə inanıb.

Süd, ümumiyyətlə, Qədim Misir qadınlarının dəriyə qulluq rutinlərində istifadə edilən bir tərkib hissəsi idi.

Uzaq Şərqdə yaranan dəriyə qulluq üsulları

Çin mədəniyyətinin gözəllik sirlərinə nəzər saldıqda yumurta sarısının xüsusilə dəri baxımında mühüm rol oynadığını görürük. Üz və boyunda dartma effekti yaratdığına inanılan yumurta sarısı Çinli qadınlar tərəfindən dəriyə qulluq maskası kimi geniş şəkildə istifadə edilib.

Mənbə: glowingup

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et