
1746-cı ildə İspaniyanın Saraqosa şəhərində anadan olan Fransisko Qoya, Qərb incəsənətinin ən nüfuzlu rəssamlarından biridir. O, həyatı boyu tanınmış bir sənətkar olsa da, xüsusilə kral ailəsinin rəsmi rəssamı olaraq III Karl, IV Çarlz və VII Ferdinandın portretlərini yaratmışdır. Qoya ölümündən sonra incəsənətindəki fəlsəfi dərinliyi və sosial tənqidləri ilə daha böyük şöhrət qazanıb.
Qoya sağlamlıq problemləri, xüsusən də onu tamamilə kar edən xəstəlik səbəbindən çətinliklərlə üzləşmişdir. Eşitmə qabiliyyətini itirməsi, onun yaradıcılığını daha da fəlsəfi və tənqidi bir istiqamətə yönəltdi. Maarifçilik ideyalarından təsirlənən Qoya, kilsə və dövlətin gücünü tənqid edən cəsur əsərlər yaratmışdır.
1797-1798-ci illərdə çəkilmiş “Cadıların şənbəsi” Qoyanın ən ikonik əsərlərindən biridir və populyar mədəniyyətdə tez-tez istinad edilir. Bu rəsm, onun kar olduqdan sonra Madridin kənarındakı evində yaratdığı ürküdücü Qara Rəsm seriyasının bir hissəsidir.
Rəsm, keçi formasında şeytanı əhatə edən cadugərləri təsvir edir. Şeytana təqdim edilən uşaqların təsviri dövrün məşhur xurafatına işarə edir: şeytanın uşaqlarla bəsləndiyi inancı. Qoya keçini palıd yarpağı çələngi ilə təsvir edir, gecə səmasında yarasalar və aypara formasında gizli mesajlar yaradır.
Bu rəsm, Goyanın kilsəni tənqid etdiyi satirik əsərdir. Rəssam kilsəni, keçi qiyafəsində şeytan kimi təsvir edərək, onun o dövrdəki yüksək uşaq ölümlərinə və sosial bərabərsizliyə görə məsuliyyət daşıdığını vurğulayır.
“Cadıların şənbəsi” hazırda Madrid şəhərindəki Lazaro Galdiano Muzeyində nümayiş etdirilir. Bu əsər və Qoyanın digər Qara Rəsmləri sənət dünyasında tənqidi düşüncə və sosial mesajların dəyərini bir daha sübut edir.
Mənbə: Noites Brancas, Widewalls
Hazırladı: Mina Yadigarlı
