Teatrlar özünün ən qədim dövrlərindən bəri uzun bir yol qət edib. Yunan dilində "baxış yeri" mənasını verən "teatron" sözündən yaranan bu açıq havada yerləşən məkanlar qədim dövrlərdə minlərlə insanı dramatik tamaşaları izləmək, musiqi konsertlərinə qulaq asmaq və komediya tamaşalarına gülmək üçün bir araya gətirib. Dünyanın ən qədim teatrlarına və onların arxasındakı maraqlı hekayələrə nəzər salaq.

1. Merida teatrı – İspaniya
E.ə. 15-ci əsrdə tikilən Mérida Roma Teatrı, müasir İspaniyada yerləşən, Roma imperiyasının Lusitaniya əyalətinin paytaxtında inşa edilib. Teatr anlayışı həmin dövrdə geniş yayılmasa da, hakim sinif şəhərin nüfuzuna uyğun bir teatrın vacib olduğunu düşünüb. Bu səbəbdən, imperatorun kürəkəni Aqrippa teatrın tikilməsini əmr edib. Ətrafındakı arenanın 6,000 nəfərlik tutumu var, səhnə isə tanrıların və imperatorların, o cümlədən imperatorun arvadı Liviya'nın heykəlləri ilə bəzədilib.
Bu gün Merida teatrı, İspaniyanın ən qədim klassik teatr festivalına ev sahibliyi edir.
2. Taormina Yunan teatrı – İtaliya
E.ə. III əsrdə Tauro dağının ətəyinə oyulmuş Taormina Yunan teatrı İoniya dənizinə qədər uzanan mənzərəni seyr etmək üçün əlverişli vasitədir.
Roma işğalı dövründə teatrın bir neçə sütun əlavə edilərək gladiator döyüşləri üçün arenaya çevrilməsi baş verib və 5,400 nəfərlik tamaşaçı tutumu ilə dramatik səhnələrə şahidlik edib. Bir zamanlar Roma siyasətçilərinin sevimlisi olan Taormina, bu gün də turistlər üçün populyar bir məkan olaraq inkişaf etməyə davam edir. İlk dəfə tikilməsindən minlərlə il keçməsinə baxmayaraq, teatr — zəlzələlər, müharibələr və eroziyaya baxmayaraq — hələ də mövsümi konsertlərə və tamaşalara ev sahibliyi edir.
3. Dionis teatrı – Yunanıstan
E.ə. VI əsrə aid olan Yunanıstanın Afina şəhərində yerləşən Dionis Teatrı, dünyanın ən qədim teatrı hesab olunur. Tikintisi əsrlər boyu davam edən bu teatr, E.ə. IV əsrdə öz çiçəklənmə dövründə təxminən 17,000 tamaşaçı tutumuna malik idi.
Səhnədə şərab tanrısı Dionisin həyatından səhnələri əks etdirən təsvirlər yer alıb və o, Sofokl, Aristofan və Evripid kimi qədim dramaturqların əsərlərinə ev sahibliyi edib.
Akropolisin cənub tərəfində yerləşən bu açıq hava teatrı artıq tamaşalar təşkil etməsə də, ziyarətçilər üçün açıqdır.
Mənbə: DailyPassport
Tərcümə etdi: Arzu Qafarova
