
Hər kəs işığı hiss edir, işıq olmadan görə bilmərik. Ancaq işığın gücü yalnız görmə duyumuzla məhdudlaşmır. İşıq zehinimizə, qəbul etməyimizə, emosiyalarımıza və ümumi rifahımıza təsir göstərə bilər.
Vizual təsir
Göz bir sensor qəbul edici olaraq fəaliyyət göstərir, işıq mənbəyinin stimullarını qəbul etməyə imkan verir.
Emosional təsir
Sensor məlumatlar beyin tərəfindən emal edilir, rifahımıza və diqqətimizə təsir göstərir.
İşığın təsirlərinin ən sadə nümunəsini təbiətdə-günəşdə görə bilərik. Günəş ultrabənövşəyi şüalar göndərir ki, bu da D vitamininin sintezini təmin edir, həmçinin infraqırmızı şüalar bədənimizin immun sistemlərini gücləndirir. Gün işığı həmçinin sirkadiyan ritmimizə təsir edərək yuxu-oyanma dövrümüzü tənzimləyir.
Lakin gündəlik işıqlandırmamızın əksəriyyəti günəşdən gəlmir. Həm gündüz, həm də gecə saatlarında hisslərimizi stimullaşdırmaq üçün süni işıqlandırmadan istifadə edirik. Parıltı, xüsusilə, narahatdır, çünki bu, diqqətin itirilməsinə, səhvlərin artmasına və yorğunluğa səbəb ola bilər.
Mənbə: Zumtobel.us
Tərcümə etdi: Arzu Qafarova
