Bu gün:

Amerikanın ən məhşur qatili-Jeffrey Dahmer


Jeffrey Dahmer 1978-1991-ci illər arasında 17 kişinin, əsasən də qaradərili kişilərin həyatına son qoymuş Amerikalı qatil idi. O, 13 ildən çox müddət ərzində qurbanlarını gey barlarda, ticarət mərkəzlərində və avtobus dayanacaqlarında izləyirdi. Dahmer onları cinsi əlaqə və ya pul vədləri ilə evinə aparır, narkotiklə qarışdırılmış spirtli içki verərək onları huşsuz hala salırdı. Daha sonra boğaraq öldürür, cəsədləri parçalamazdan əvvəl onlarla cinsi əlaqədə olurdu.

Dahmer qurbanlarının bədən hissələrini suvenir kimi saxlayır, bəzən də müxtəlif mərhələlərdə onların fotolarını çəkirdi. O, bu fotolara baxaraq cinayət prosesini xatırlamaq və təcrübəni yenidən yaşamaq üçün istifadə edirdi.

Jeffrey Dahmerin erkən həyatı

Jeffrey Dahmer 21 may 1960-cı ildə Milwaukee şəhərində Lionel və Coys Dahmerin ailəsində dünyaya gəlib. O, 4 yaşına qədər enerjili və xoşbəxt bir uşaq kimi təsvir edilib. Lakin ikiqat yırtığın düzəldilməsi üçün edilən əməliyyatdan sonra uzun və ağrılı sağalma prosesi onda psixoloji dəyişikliklərə səbəb olub.

Kiçik qardaşının doğulması və ailənin tez-tez köçməsi ilə o, tədricən daha sakit və itaətkar bir uşaq olub. Məktəb yaşında ailəsi Ohayoya köçüb. Gənc yaşlarında Jeffrey heyvan sümüklərinə olan marağı ilə diqqət çəkib və onları necə təmizləməyi, sonra isə qorumağı öyrənib.

Yeniyetməlik illəri və psixoloji dəyişikliklər

Yeniyetmə yaşlarında Dahmer daha tənha, əlaqəsiz və dostsuz biri olub. O, 14 yaşında nekrofiliya və qətl meyillərinin yarandığını iddia edib. Lakin bu fikirlərin hərəkətə çevrilməsinin əsas səbəblərindən biri valideynlərinin evlilik problemləri və onların acı boşanması olub.

Dahmer eyni yaşlarda spirtli içki qəbul etməyə başlayıb və bu vərdişi tez bir zamanda problemə çevrilib. O, Ohayo Dövlət Universitetinə daxil olsa da, qısa müddət sonra buradan uzaqlaşıb. 1978-ci ilin dekabrında hərbi xidmətə yollanan Dahmer Almaniyaya göndərilib. Lakin içki problemi orduda da davam edib və 1981-ci ildə ordu sıralarından təxris edilib.

Qətllər və dəhşətli cinayət üsulları

Jeffrey Dahmer 1978-1991-ci illərdə 17 kişini öldürüb. O, cəmiyyətin kənarında olan, ailələrindən uzaq yaşayan və ya diqqət çəkməyən şəxsləri qurban kimi seçirdi. Bu, həm onların itməsinin daha az nəzərə çarpmasına, həm də onun tutulma riskinin azalmasına səbəb olurdu.

Dahmer qurbanlarını evinə apardıqdan sonra onları boğaraq öldürür, daha sonra cəsədlərini parçalayır, bəzi hissələri saxlayırdı. Fotolar çəkmək və bədən hissələrini suvenir kimi qorumaq onun cinayətlərində təkrarlanan bir motiv idi.

Cinayətlərinin vəhşiliyi səbəbindən Dahmer “Milwaukee Hanibalı” və “Milwaukee Canavarı” ləqəbləri ilə tanınmağa başladı. Onun dəhşətli əməlləri həm ABŞ-da, həm də dünya miqyasında şok və qorxu yaratdı.


1989- cu ilin mart ayında o, model olmaq istəyən Anthony Sears-ı şirnikləndirərək narkotika verib,boğduqdan sonra isə bədənini parçalayıb və məhv edib. Dahmer məhkəmədə Sears-ı xüsusilə cəlbedici hesab etdiyini bildirib.Dahmer cinayətlərə davam etdikcə rituallar inkişaf etdirməyə başlayıb, kimyəvi zərərsizləşdirmə vasitələri ilə sınaqdan keçib və tez-tez qurbanlarının ətini istehlak edib. Dahmer həmçinin kobud lobotomiyaya cəhd edib: O, hələ sağ ikən 11-ci qurbanı Errol Lindsinin kəllə sümüyünü qazıb və ona muriatik turşusu yeridib.

Dahmerin öldürmə çılğınlığı 22 iyul 1991-ci ildə həbs edildiyi zaman sona çatıb. Dahmerin soyuducusunda tapılan bədən hissələri və qurbanlarının polaroid fotoşəkilləri onun bədnam öldürmə şıltaqlığı ilə ayrılmaz şəkildə əlaqələndirilib.Dahmerin məhkəməsi 1992-ci ilin yanvarında başlayıb. Dahmerin qurbanlarının əksəriyyətinin qaradərili olduğunu nəzərə alsaq, xeyli irqi gərginlik olduğuna görə onu qorumaq məqsədilə qalereyadan ayıran səkkiz futluq gülləkeçirməz şüşə maneə də daxil olmaqla ciddi təhlükəsizlik tədbirləri görülüb.

Dahmer 1994-cü il noyabrın 28-də həbsxana yoldaşı Kristofer Skarver tərəfindən öldürülüb.Həbsxana gözətçisi iddia edib ki, qətllərdən qısa müddət sonra şizofreniya xəstəsi olduğu güman edilən Skarver “Allah mənə bunu etməyi əmr etdi” deyib.2015-ci ildə Skarver “New York Post” qəzetinə Dahmeri öldürməsinin səbəbləri barədə danışıb. Scarver, yalnız Dahmerin cinayətlərindən narahat olduğunu iddia edib

Mənbə:Biography
Tərcümə etdi:Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et