Bu gün:

Gündəlik həyatımızda tez-tez etdiyimiz, lakin əvvəllər qadağan edilmiş 10 təəccüblü şey


Bu gün adi vərdiş sayılan bir çox davranışlar keçmişdə çox sərt şəkildə cəzalandırılırdı. Tarix o dövrdə təhlükəli, ədəbsiz və ya əxlaqsız hesab edilən və buna görə də qadağan edilmiş vərdişlərlə doludur. Cəmiyyətlərin dəyişən dəyərlərini və onların keçmişdə qoyduğu qaydaları anlamaq üçün tarixin tozlu səhifələrini araşdırmağa nə deyirsiniz? Gəlin tarixə qısa bir səyahət edək! 


1. İctimai yerlərdə fit çalmaq (Orta əsr Avropası)


Xüsusilə İngiltərə və Fransada fit çalmağın pis niyyətli ruhları çağırdığına və ya cinayətkarlar arasında gizli mesajlaşma üsulu kimi istifadə edildiyinə inanılırmış.


2. Çimmək (Orta əsr Avropası)


Vəbadan sonra təmizlik vərdişlərinə şübhə ilə baxılmağa başlandı. O dövrün ruhaniləri iddia edirdilər ki, çimmək bədəni xəstəliklərə və əxlaqi çöküşə qarşı həssas edir. Bir çox bölgələrdə ictimai hamamlar qadağan edildi, çünki onlar günahkar davranışlarla əlaqələndirilirdi.


3. Müəyyən rənglər geyinmək (Elizabet dövründə İngiltərə)


Elizabetin hakimiyyəti dövründə hansı sinifin hansı rəngdə geyinməli olduğunu ciddi qanunlar müəyyən edirdi. Məsələn, bənövşəyi yalnız şəhzadə ailəsi üçün nəzərdə tutulmuşdu. Bu qanunlar aşağı təbəqənin yuxarı təbəqə üzvünü təqlid etməsinin qarşısını almaq üçün tətbiq edilirdi, qanunu pozanlara isə cərimələr kəsilirdi.


4. Şahmat oynamaq (İslam xilafətləri)


Şahmat 9-cu əsrdə bəzi İslam liderləri tərəfindən qumara təşviq etdiyi və diqqəti ibadətdən yayındırdığı üçün qadağan edildi. Lakin bu qadağa şahmatın populyarlığını azaltmadı. Gizli şahmat klubları yaradıldı və insanlar qadağalardan asılı olmayaraq şahmat olmağa davam ediblər.


5. Yeni il qeyd etmək (Puritan İngiltərə və Amerika)


17-ci əsrdə puritanlar Milad bayramının bütpərəst köklərinə etiraz edərək qeyd etməyi qadağan etdilər. İngiltərədə qadağa qısa müddət davam etsə də, 19-cu əsrə qədər Amerikanın bəzi yerlərində Milad bayramı qeyd olunması hələ də pis qarşılanırmış.


6. Gecə çölə çıxmaq (Feodal Yaponiya)


Feodal Yaponiyada gecələr çölə çıxmaq adətən cinayətkarlar və qatillərlə əlaqələndirilirdi. Xalqa gecələr çölə çıxmaq qadağan edilib və bu qadağaya əməl etməyənləri ciddi cəzalar gözləyirdi.

Gecələr çöldə olmanın yakuza və ya ninja kimi təhlükəli fiqurlarla əlaqə saxlamaqla bağlı olduğu düşünüldüyündən bu qadağa asayişi qorumaq üçün kritik görünürdü.


7. İctimai yerlərdə rəqs etmək (18-ci əsr Avropası)


İctimai yerlərdə rəqs edənlər cərimələnə və ya camaatın gözü qarşısında alçaldıla bilərdi. Amma bu qadağalardan asılı olmayaraq insanlar gizli məclislərdə rəqs etməyə davam edirdilər.


8. Qəhvə içmək (Osmanlı İmperiyası)


XVII əsrdə Sultan IV. Murad kofe içməyi siyasi təhlükə olaraq gördüyü üçün ona qadağa qoyub. Qəhvəxanalar üsyana yol aça biləcəyi düşünülərək bağlanmışdı. Qəhvə qadağasına baxmayaraq, insanlar gizli kofe içməyə davam etdilər və bu içki türk mədəniyyətinin vazkeçilməz hissəsinə çevrildi.


9. Şalvar geyinmək (19-cu əsr Fransası)


1800-cü illərdə qəbul edilən qanunla qadınlara şalvar geyinmək qadağan edildi. Bu qanun qadınların ənənəvi gender rollarına riayət etmələrini təmin etmək üçün qəbul edilib. Müasir dövrdə belə nadir hallarda tətbiq olunsa da, qanun 2013-cü ilə qədər qüvvədə qalıb.


10. İctimai yerdə öpüşmək (Kaloni Amerikası)


Puritan Amerikada ictimai yerlərdə öpüşmək böyük əxlaqsızlıq sayılırdı. Bu cür davranışa görə cütlüklər cərimələnə bilər.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli


Paylaş
Şərh əlavə et