Bu gün:

Travma cavabları kimi görünə bilən 10 narahatlıq davranışı


Psixoterapevt Kaytee Gillis: "Bütün insanların özünəməxsus davranışları var. Bəzən bu davranışlar bizim üçün qəribə olmaya bilər, amma xarici müşahidəçilər üçün təəccüblü görünə bilər. Bir çox davranış sadəcə insanlıqdır, amma bəzən onlar narahatlıqdan irəli gələ bilər," deyə izah edir.

Araşdırmalar travma və narahatlıq arasında əlaqə olduğunu və uşaqlıq dövründən başlayan təcrübələrin, böyüklükdə də davranış əlamətləri ilə özünü göstərdiyini sübut edir. Aşağıda travma cavabı olaraq ortaya çıxa biləcək 10 narahatlıq davranışını təqdim edirik:

1. Telefonu cavablandırmamaq və zəng etməkdən çəkinmək.

2. Sosial mühitlərdə susmaq və ya özünə bağlanmaq.

3. Kimsə çox yaxınlaşanda narahat olmaq.

4. Restoranlarda və sosial tədbirlərdə müəyyən yerlərdə oturmaq ehtiyacı.

5. Həddindən artıq yemək və ya içmək.

6. Qapınızda birinin ansızın göründüyü zaman onu görməməzlikdən gəlmək.

7. Davamlı olaraq üzr istəmək.

8. Yüksək qorxu reaksiyası, məsələn, ani sıçrama.

9. İnsanları evə dəvət etməkdən çəkinmək.

10. Bəzi insanlarla daha rahat olmaq.

Bu davranışlar travma ilə əlaqəli narahatlıq əlamətləri ola bilər və insanların travma təsirlərini daha yaxşı anlamaq və dəstək olmaq üçün əhəmiyyətlidir.

Mənbə : Psychology Today 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et