Bu gün:

İşəgötürənlərin axtardığı ən vacib bacarıqlar


Bruce Tulgan işgüzar bacarıqların da digər bacarıqlar kimi kifayət qədər təcrübə ilə mənimsənilə biləcəyini qeyd edib. "Texniki biliklərə əsaslanaraq fərqlənməyin getdikcə çətinləşdiyi bir əmək bazarında, insanların inkişaf etdirməli olduğu işgüzar bacarıqlar hansılardır?" sualını qoyan Tulgan, işəgötürənlərin axtardığı üç əsas işgüzar bacarığı belə sıralayıb:

1. Peşəkarlıq

2. Tənqidi düşüncə

3. Komanda ilə işləmək

Tulgan işgüzar bacarıqların şəxsi və sosial inkişafı dəstəklədiyini və iş dünyasında uğur qazanmaq üçün getdikcə daha vacib olduğunu vurğulayıb. O, həmçinin, işəgötürənlərin aşağıdakı əlavə bacarıqlara da diqqət yetirdiyini bildirib:

1. Özünü dəyərləndirmək

2. Proaktivlik

3. Məlumat və perspektiv axtarışında olmaq

4. Kontekstə dəyər vermək

5. Şəxsi məsuliyyət

6. Vətəndaşlıq

7. Müsbət yanaşma

8. Xidmətə diqqət

9. Yaxşı iş vərdişləri

10. İnterpersonal bacarıqlar

11. Problem həlletmə

12. Mövqeyinizi hissetdirmək

13. Əlaqə qurma

14. Qərar qəbul etmə

Tulgan işgüzar bacarıqların yalnız texniki biliklərə əsaslanaraq deyil, həm də şəxsi və sosial bacarıqlarla iş dünyasında fərqlənməyə kömək etdiyini də bildirib.

Mənbə: Psychology Today

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et