1967-ci ilin sonlarında Groote Schuur Xəstəxanasının Kardiologiya şöbəsinin ürək mütəxəssisləri tərəfindən nəzarət edilən xəstələrdən biri 53 yaşlı bir Sea Point iş adamı idi. Adı Doktor Lui Vaşkanski olan bu şəxs ürək əzələsini demək olar ki, tamamilə sıradan çıxaran bir sıra infarkt keçirib. Bədəni şişmiş, nəfəs almaqda çətinlik çəkirdi və ölümə yaxın idi. Bununla belə, həkimlər və ailəsi onun həyatda qalmaq üçün necə fantastik ruh və cəsarətlə mübarizə apardığını anlayıblar.

Kardiologiya şöbəsi, xəstələrin Groote Schuur Xəstəxanasının Ürək-Torakal Cərrahiyyə Şöbəsinin cərrahlarına müraciətlərinin əksəriyyətinə cavabdeh idi. Bu mütəxəssislər qrupuna rəhbərlik edən mərhum professor Velva Şrire o dövrdə istifadə edilən cərrahi üsulların ağır ürək çatışmazlığının bütün formalarına kömək edə bilməyəcəyini dərk edəcək qədər uzaqgörənliyə və cəsarətə malik olub. Bu dözülməz xəstə ilə uzaqgörən kardiologiya professorunun görüşü tarix yazacaq hadisələr zəncirinin başqa bir halqası idi. Doktor Lui Vaşkanski sınaqdan keçirilməmiş bir cərrahi müalicə olan ürək nəqlindən istifadə etməyə hazır və cəsarətli idi.
O dövrdə Groote Schuur Xəstəxanasında Ürək-Torakal Cərrahiyyə şöbəsi professoru Christiaan Barnard olub. O, uşaqlığından yüksək bacarıqlı, zamanla isə fədakar cərrah və dövrümüzün ən məşhur kardio cərrahlarından birinə çevrilib.1967-ci ilə qədər ona kömək etmək üçün istedadlı cərrah həmkarlarından ibarət bir komanda toplanıb. Bununla belə, professor Barnard və komandasının diqqətəlayiq cərrahi bacarıqlarından əlavə, başqa fənlərin bacarıqlarına ehtiyac duyulub. Bunlara xəstənin diaqnostik qiymətləndirilməsinə kömək edən və inqilabi cərrahi əməliyyatın yeganə mümkün müalicə forması olduğunu təsdiq edən kardioloqlar, rentgen şüalarını verən radioloqlar və radioqraflar, laboratoriya müayinələrini aparan patoloqlar və onların texnoloqları, donor ürəyinin xəstə tərəfindən rədd edilməyəcəyini təyin edən immunoloqlar, təhlükəsiz anesteziya verən və bütün həyati funksiyaları izləyən anestezioloqlar, reanimasiya şöbəsində və hər mərhələdə həkimlərə kömək edən təcrübəli tibb bacıları, ürək-ağciyər aparatını və digər avadanlıqları idarə edən texnoloqlar və kifayət qədər təhlükəsiz qanın olmasını təmin edən qanköçürmə xidməti daxil idi. Bu insanlardan başqa, arxa planda layihəni müxtəlif yollarla dəstəkləyənlər də olub. Tarixi zəncirdəki ayrı-ayrı halqaların hamısı saxta olub və həmin şənbə günü gecə yarısından qısa müddət sonra əməliyyat başlayıb. 3 dekabr 1967-ci il bazar günü səhər saat 6-da doktor Lui Vaşkanskinin sinəsindəki yeni ürək elektrik şoku ilə işə salınıb. Bunanla da, dünyada ilk insan ürəyi transplantasiyası həyata keçirilib. Bu hadisə beynəlxalq diqqəti cəlb edib.
Professor Barnard, şübhəsiz ki, bu əlamətdar işi yerinə yetirmək üçün müvafiq təhsilə, tədqiqat təcrübəsinə və lazımı cərrahi bacarıqlara malik olub. O, həmçinin ürək transplantasiyası əməliyyatının aparılması ilə bağlı tibbi, etik və hüquqi riskləri götürmək üçün uzaqgörənlik və cəsarət nümayiş etdirib. Bununla belə, bilmək lazımdır ki, bu transplantasiya digər fənlərin bacarığı və dəstəyi olmadan heç vaxt həyata keçə bilməzdi.
Mənbə: University of Cape Town
Tərcümə etdi: Fidan Şahbazlı
