Bu gün:

Paranormal hadisələrə inam


Bəzən paranormal hadisələr məntiqi izahlarla açıqlansa da, bəzi insanlar hələ də başqa dünyadan gələn bir hadisəyə inanırlar. Psixoloq Frank T. McAndrew'in fikrincə, bu, insanların intuisiya ilə düşünmə tərzi və şəxsiyyət xüsusiyyətlərinə bağlı ola bilər. O, qeyd edir ki, paranormal hadisələri görməyə daha meylli olan insanlar, bu tip hadisələrə inanır və ya ən azından onların mümkünlüyünə açıq olurlar.

Aparılan araşdırmalardan məlum olmuşdur ki, paranormal təcrübələrə inanmaq müəyyən şəxsiyyət xüsusiyyətləri, kognitiv üslublar və dini inanc ilə bağlıdır. Əgər insanın bu xüsusiyyətləri müəyyən bir kombinasiyaya sahibdirsə, qorxulu və gərgin bir mühit, o şəxsin paranormal hadisələrə inamını daha da gücləndirə bilər. Bu da bəzən paranormal təcrübələrin yaşanmasına səbəb ola bilər.

Mənbə: Psychology Today

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et